Bərdə rayonunda fərdi yaşayış evində yanğın olub.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Mirzəxan kəndində ümumi sahəsi 84 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 28 m² sahədə və dam örtüyü yanıb.
Yüksək temperaturdan tavan 20 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.