Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təyyarə Yerevana təkcə general Muradovu apardı, Müdafiə Nazirliyi mühasirədədir
Ermənilərdən təklif: “Azərbaycanın qarşısını almaq üçün sərhədə divar hörülsün”

Yerevanda dünəndən etibarən ikinci Qarabağ müharibəsində itkin düşən və hərbi əməliyyatların başa çatmasından sonra Azərbaycan ərazisində yaxalanan erməni hərbçilərinin yaxınları Müdafiə Nazirliyinin bütün giriş-çıxış qapılarını bağlayıb.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, axşam saatlarında Müdafiə Nazirliyinin bəzi yüksək rütbəli nümayəndələri hasardan aşaraq qaçmağa nail olublar, lakin etirazçılar daha sonra bunun da qarşısını alıb.

Rüstəm Muradov Rüstəm Muradov

Gecə saatlarında isə xəbər yayılıb ki, Azərbaycanda saxlanılan erməni hərbçilərinin bir qrupu Rusiyanın vasitəçiliyi ilə qaytarılır və tezliklə onları aparan təyyarə Yerevanın “Erebuni” aeroportunda yerə enəcək. Həmin erməni diversantlarının yaxınları aerportda gözləməyə başlayıb, təyyarə enib, amma məlum olub ki, içərisində təkcə Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradov var. Təyyarənin Bakıdan boş getdiyi haqda xəbərlər yayılsa da “Flightradar” saytının məlumatlarına əsasən o, Yerevana Rostovdan uçub.

Təyyarənin boş gəldiyini görəndə toplaşanların bir qismi Müdafiə Nazirliyinin qarşısına yollanıb və oradakı etirazçılara qoşulublar. Bu gün səhər saatlarına olan məlumata görə Müdafiə Nazirliyinin binası hələ də mühasirədədir, polis etirazçılarla danışıqlar aparır. Etirazçılar deyirlər ki, onlar Müdafiə Nazirliyinin rəhbərliyinin verdiyi yalan vədlərdən beziblər və yaxınlarının taleyinə aydınlıq gətirilməsini istəyirlər.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
Son xəbərlər
Bütün xəbərlər »