Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəmi 3 işıqforu olan, ictimai nəqliyyatı pulsuz işləyən dövlət
Torshavn, Farer adaları

Norveçdən İslandiyaya üz tutanda Atlantik okeanının sularında qeyri-adi diyara rast gəlmək mümkündür. Farer adaları dünyanın cənnət yerlərindən sayılır.

Bizimyol.info xəbər verir ki, Danimarka krallığının tərkibinə daxil olan ada dövlətdə 18 iri ada, çoxlu xırda adalar və qayalıqlar var. Burada hətta 34 kəndin olduğu da qeydə alınıb. Farer adaları Danimarkadan fərqli olaraq Avropa İttifaqına daxil deyil. Buna baxmayaraq, polis, müdafiə, ədliyyə və xarici siyasət məsələlərinə Kopenhagen baxır. Farer adalarının yerli valyutası da Danimarka kronuna bağlıdır. Amma vizual baxımdan gözəlliyinə söz ola bilməz.

Koltur adasında cəmi 1 nəfər məskunlaşıb. Stoura-Duymanın isə 6 sakini var. Paytaxt Torshavnda 13 minə yaxın ada sakini yaşayır. Ölkədə cəmi 3 işıqfor da bu şəhərdə quraşdırılıb. Paytaxt skandinavların qədim tanrısı Torun şərəfinə belə adlandırılıb. Mənası “Torun limanı” deməkdir.

Farer adalarında evlər qara-qırmızı rənglərə bürünüb. Dam örtüyündə otdan, samandan çox istifadə olunur.

Farerlilər çox mehribandır. Burada Avropanın əksər yerlərindən fərqli olaraq qonaq gedəndə əvvəldən zəng vurub xəbərdar etmək yoxdur. Qapını döyməyə də ehtiyac görülmür. Onsuz da yerli sakinlər qapıları bağlamağı xoşlamır. Nə ehtiyac var? Burada nadir hallarda cinayət qeydə alınır. Arxipelaqda həbsxana belə, yoxdur.

Hamı bir-birinə rahatca zəng bura bilir. İstənilən farerlinin telefon kitabçasında baş nazirin nömrəsi var. Farer adalarında qoyunların sayı insanları az qala iki dəfə geridə qoyur. Əhali 49 min nəfəri keçmir. Qoyunların sayı isə 80 minə çatıb.

Arxipelaqda iqlim insanlar qədər mehriban deyil. Burada hava həmişə quru, soyuq və buludludur. Adalarda həyat çətirsiz keçmir. Yerli sakinlər küləyin bəzən dam örtüklərini sıradan çıxarmasından danışır. Hərçənd, buna çox öyrəşiblər.

Farer adalarında selfi çəkdirmək yaxşı ideya sayılmır. Çünki həyatınıza təhlükə yarana bilər. Qiymətlər ucuz olmasa da, Farer adaları turistlər üçün sevimli yerdir. Təsəvvür edin, paytaxt Torshavnda ictimai nəqliyyat pulsuzdur. Yəni şəhəri bir kron belə xərcləmədən gəzmək olar.

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› “Qarabağ müharibəsi göstərdi ki, “Bayraktar”lar bizim qırıcılardan daha effektivdir...”
››› Daha bir gənc həkim koronavirusdan vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »