Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin-Türkiyə qalmaqalı böyüyür
İstanbul, Türkiyə

Bir həftədir Çinlə Türkiyə arasında gərginlik yaşanır. Qardaş ölkənin müxalifət liderlərinin Barın soyqırımından söz açması Asiya dövlətini qəzəbləndirib.

Bizimyol.info xəbər verir ki, İYİ partiyasının lideri Meral Akşenerlə Ankara meri Mansur Yavaşın qətliamın 31-ci ildönümüylə bağlı anım ifadələri Çin-Türkiyə qalmaqalının əsasını qoyub. Asiya nəhəngi heç cür özünə yer tapa bilmir. Sərt açıqlamalar bir-birini əvəz edir.

Çin əvvəlcə Akşenerlə Yavaşı hədələməkdən çəkinməmişdi. Açıq aşkar görünürdü ki, uyğurlara qarşı davranışın dünyanın əksər hissəsində çox qınanması çinliləri özündən çıxarır.

Meral Akşener Meral Akşener

“Sintszyan-Uyğur Muxtar Rayonu Çinin ayrılmaz hissəsidir. Bu, dünyada qəbul olunan və mübahisə doğurmayan gerçəkdir. Çin suverenliyinə və ərazi bütövlüyünə istənilən şəxsin, dövlətin meydan oxumasına qarşı çıxır, bunu pisləyir. Çin tərəfi cavab vermək haqqını özündə saxlayır”, - açıqlamada belə deyilir.

Çinin bununla da ürəyi soyumamışdı. Ankaranın Pekindəki səfiri Xarici İşlər Nazirliyinə çağırılmışdı.

İndi Çin-Türkiyə qalmaqalının yalnız böyüdüyünü demək olar. Çin Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinin rəhbəri Çjao Litszyan ittiham dolu açıqlama verib. O, Türkiyədə bəzi şəxslərin terrora dəstək verdiyini bildirib.

Sosial şəbəkələrin Türkiyə seqmentində Çin ciddi tənqid olunur. Uyğurlara qarşı zülmə görə rəylərin əksərində Asiya dövlətinə lənət oxunur.

Daha çox Qərb uyğurlara münasibətdə insani davranış qaydalarının kəskin pozulmasına görə Pekini ittiham edir. Akşenerlə Yavaşın da anım ifadələrində buna eyham vurulurdu.

Şərqi Türküstan 1949-cu ildən Çinin nəzarətinə keçib. SSRİ rəhbəri İosif Stalindən xeyir-dua alan Asiyadakı kommunist rejimi silahlı müdaxilə ilə məqsədinə çatmışdı. 1955-ci ildə bu ərazidə Sintszyan-Uyğur Muxtar Rayonu yaradılıb. Hələ 1759-cu ildə çinlilərin işğalına məruz qalan Kaşğər şəhərinin Barın qəsəbəsində 31 il əvvəl soyqırım qeydə alınıb. 1990-cı ildə böyük etiraz nümunəsi ortaya qoyan minlərlə uyğun kommunist rejiminin qurbanına çevrilib.

Paylaş »
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› Erməni məmur Rüstəm Muradovu ölümlə hədələdi
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Deputat Naira Zöhrabyan: “Mən Polad Həşimov küçəsində yaşayıram...” - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kim Çen In təhsil nazirini edam etdi
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
Son xəbərlər
Bütün xəbərlər »