Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayraktar: Texnologiyanı sən istehsal etmirsənsə, sahibi sən deyilsən
Selçuk Bayraktar

Bir neçə gün öncə Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, “Baykar Makina” şirkətinin texniki direktoru Səlçuk Bayraktar Azərbaycanda qonaq oldu.

44 günlük əməliyyatlardan sonra Azərbaycan xalqının qəhrəmanına çevrilmiş mühəndis dövlət başçısı İlham Əliyev tərəfindən də qəbul edildi və “Qarabağ” ordeninə layiq görüldü. Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabr - 10 noyabr tarixləri arasında apardığı savaş zamanı Selçuk Bayraktarın yaratdığı “Bayraktar TB2” pilotsuz uçuş aparatından (PUA) geniş istifadə etməklə işğalçı qüvvələrə sarsıdıcı zərbələr vurub. Selçuk Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. Ondan Bizimyol.info üçün qısa bir açıqlama almaq imkanımız oldu.

“Texnologiyanı sən istehsal etmirsənsə, sahibi sən deyilsən. Xaricdən alınmış istənilən silahın içərisində onu kənardan idartə edə bilən qurğu mütləq vardır. İstənilən texnologiya gələcəyə hesablanmalıdır. Ağıllı olmalıdır. Onun ağlı səni cəbhə bölgəsindən nə qədər geridə tutması ilə ölçülür. Yəni sən burda dayanıb 500 kilomet uzağı vura biləcək gücdəsənsə, güclüsən. Bizim silah hazırlamaq səbəbimiz də məhz bu oldu. Silahları hər zaman qərb hazırladı, biz baxdıq. Bizə bunu “siz edə bilməzsiniz” deyə inandırmağa çalışdılar. Halbuki bizim isətilən bir mühəndisimiz bu sahədə qərblilərdən geri qalmır. Sadəcə bunun üçün uyğun şərait yaradılmalıdır. Bizim hikayəmiz 2000-ci illərdən başladı. Biz bütün dünyada silah hazırlayan yeganə ailə şirkətiyik.

Bizim silaharımız terrorizmlə mübarizədə mühüm rol oynadı. Proqramı səndə deyilsə, nəzarət də səndə deyil. Mən uzun müddət cəbhələrdə olmuşam. Çünki, bizim hazırladığımız texnologiyanın sahədə işini izləmək çox önəmlidir. Soyuğa davamlılığı vəs. Texnologiya nə qədər robotik olursa, o qədər zərif olur. Yəni milyonlar verərək hazırlanan o texnika işləməz vəziyyətə gələrsə əsgərə sadəcə yük ola bilər. Qarabağ müharibəsi pilotsuz uçan aparatlarımızın dünyada tanınmasına yol açdı deyə bilərəm. Pilotsuz uçuş aparatlarından istifadədə azərbaycanlı qardaşlarımız ustalıq nümayiş etdirdilər. Bu silahlar daha keçmiş cəngavərlər kimi qılınc atmaq, tank sürmək bacarığı tələb etmir. Burda kompyuter bilgilərinin yüksək olması, daha zəki, daha intellektual döyüşçülər tələb olunur”.

İlhamə Rəsulova

Paylaş »
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› Erməni məmur Rüstəm Muradovu ölümlə hədələdi
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Deputat Naira Zöhrabyan: “Mən Polad Həşimov küçəsində yaşayıram...” - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kim Çen In təhsil nazirini edam etdi
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
Son xəbərlər
Bütün xəbərlər »