Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış rejissor vəfat edib
Yas - dəfn - ölüm

Azərbaycanın televiziya rejissoru, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə vəfat edib.

Bizimyol.info xəbər verir ki, o, bu gün ürəktutmasından dünyasını dəyişib.

Məhərrəm Bədirzadə

Qeyd edək ki, Məhərrəm Əlisəftər oğlu Bədirzadə 1945-ci ildə Bakıda dünyaya gəlib.

1963-1970-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində, Mehdi Məmmədovun kursunda təhsil alıb. İnstitutu bitirdikdən sonra bir müddət radioda çalışıb. Müəllimi Mehdi Məmmədov onu “Canlı meyit” tamaşasına rejissor assistenti götürüb.

1971-ci ildən televiziyada çalışmağa başlayıb. Televiziyada dövrün bir neçə verilişləri onun adı ilə bağlıdır: “Səhər görüşləri”, “Dalğa”, “Gəlin birlikdə gülək”, “Gəzdim Azərbaycanı”, “Günaydın”, “Ocaq başı”. “Sarı gəlin” televiziya filminə görə “Qızıl qılınc” mükafatı ilə təltif edilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub. “Humay”, “Qızıl Dərviş” mükafatları laureatı, Əməkdar incəsənət xadimidir.

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »