Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin və Mekrel Donbassda vəziyyətin eskalasiyasından narahatdır
Merkel - Putin

Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı bir sıra aktual beynəlxalq mövzular müzakirə olunub.

Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparan Rusiya və Almaniya liderləri Ukraynanın cənub-şərqində vəziyyətin eskalasiyası ilə bağlı narahatlıqlarını ifadə ediblər.

V. Putin Kiyevin məqsədli şəkildə təmas xəttində vəziyyəti gərginləşdirdiyi ilə bağlı təxribatçı fəaliyyətə diqqəti yönəldib. Kiyev hakimiyyəti tərəfindən daha əvvəl əldə olunmuş razılaşmaların, hər şeydən öncə Donetsk və Luqanskla birbaşa dialoqun qurulmasının və Donbassa xüsusi statusun hüquqi formalaşdırılmasının icra edilməsinin vacibliyi vurğulanıb. Münaqişə tərəfləri, alternativsiz həll yolu kimi 2015-ci ilin Minsk Tədbirlər Paketini tam həyata keçirtmək üçün təmkinli olmağa və danışıqlar prosesini intensivləşdirməyə çağırılıb.

Tərəflər Suriya böhranı barədə də fikir mübadiləsi aparıblar. Suriyadakı humanitar vəziyyəti yaxşılaşdırmaq üçün tapşırıqların prioritet xarakter daşıdığı qeyd edilib.

Liviyadakı vəziyyəti də müzakirə edərkən liderlər, bu ölkədə keçid dövrü üçün mərkəzi hakimiyyət orqanlarının qurulmasını alqışlayıblar. Vəziyyətin normallaşmasına və Liviyanın dinc inkişafına töhfə verməyə hazır olduqlarını bildiriblər. Bu sahədə koordinasiyanın davam etdirilməsi barədə razılığa gəlinib.

Federal kansler tərəfindən göstərilən maraqla əlaqədar olaraq Aleksey Navalnı ilə bağlı vəziyyətə də toxunulub. V. Putinin təşəbbüsü ilə xarici medianın və hər iki ölkədəki qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı bəzi məsələlərə baxılıb. Müxtəlif kanallar vasitəsilə yaxın iş təmaslarının davam etdirilməsi barədə razılığa gəlinib.(apa)

Paylaş »
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› AZAL-ın “möcüzə”si: İslandiyadan Türkiyəyə Azərbaycandan daha ucuz gedib-gəlmək olur
Son xəbərlər
Bütün xəbərlər »