Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın keçmiş prezidenti Paşinyanı məhkəməyə verir
Robert Koçaryan

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan 7 aprel tarixində Baş nazir Nikol Paşinyana qarşı iddia qaldırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Bildirilir ki, şikayətə səbəb Baş nazirin 1 mart 2021-ci il mitinqi zamanı söylədiyi ifadələr olub. Keçmiş prezidentin vəkilləri bildirib ki, Paşinyanın çıxışında Robert Köçəryanın adını çəkmədən onun barəsində böhtan xarakterli fikirlər səsləndirib.

“Təqsirsizlik prezumpsiyasının tanınmasını və böhtanın təkzib edilməsini tələb edirik. Eyni zamanda 2 fərqli qayda pozuntusu edildiyini nəzərə alaraq, hər biri üçün 2 milyon AMD tələb edirik. Yalnız 4 milyon dram (təxminən 4 min dollar)”, - deyə hüquq müdafiəçiləri bildiriblər.

Qeyd edək ki, Yerevan məhkəməsi 6 aprel tarixində Köçəryanın “konstitusiya quruluşunu devirmək” maddəsi ilə cinayət işinə son verilməsi barədə qərar verib.

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
Son xəbərlər
Bütün xəbərlər »