Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 9 aprel, 2021
Bürclər

Bizimyol.info qoroskop həvəskarlarına 9 aprel, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Qüvvələri birləşdirmək və əməkdaşlıq etmək üçün yaxşı gündür. Fərqli insanlar tez bir zamanda ümumi bir dil tapa biləcəklər, əsasən qarşılığında heç nə gözləmədən bir-birlərinə kömək edəcəklər. Tanışlığın romantik davam alması ehtimalı böyükdür. Yeni münasibətlər sürətlə inkişaf edə bilər.

Diqqətinizi cəmləmək çətin ola bilər. Məqsədinizə köklənmək üçün səy göstərməlisiniz. Təfərrüatlara daha diqqətli olmalısınız: vacib detalları diqqətdən qaçırmaq riski var. Əhəmiyyətli qərarlar verərkən tələsmək xoşagəlməz nəticələrə gətirib çıxara bilər.

Qoç - Müsbət münasibətə köklənin və xırda şeylərdən narahat olmayın. Günün ilk yarısında bəzi gözlənilməz hadisələr, sizi çaşqınlıq halına gətirə biləcək hadisələr mümkündür. Ancaq zaman keçdikcə vəziyyət yaxşılığa doğru dəyişəcək, getdikcə daha çox yeni imkanlar açılacaq. Hər birindən lazımi qaydada yararlanmağa çalışacaqsınız.

Axşam ünsiyyət üçün əlverişli zamandır. Xoş tanışlıqlar ehtimalı böyükdür. Qoçların çoxu romantik sürprizlərlə sevinəcəklər. Şəxsi həyatınızda təşəbbüs göstərsəniz, yaxşılığa doğru nəzərə çarpan dəyişikliklər olacaq.

Buğa - Qəbul etdiyiniz hər bir qərara ciddi yanaşmağa çalışın; bu gün uğurlarınız böyük ölçüdə bundan asılı olacaq. Maliyyə məsələlərinə gəlincə, qeyri-ciddi olmaq baha başa gələ bilər. Gələcəkdə səhvlərdən və stressli məqamlardan qaçmaq üçün işinizdə çox diqqətli olmalısınız.

Şəxsi münasibətlər ahəngdar şəkildə inkişaf edəcək, yaxınlarınızla yaxşı münasibət quracaqsınız, onları əsasən mükəmməl başa düşəcəksiniz. Günortadan sonra qohumlarla görüşmək, ümumi işləri müzakirə etmək və gələcək üçün planlar qurmaq baxımından yaxşı zamandır.

Əkizlər - Heç bir illüziyaya qapılmayın və bu gündən çox şey gözləməyin. Vəziyyətə reallıqdan baxmaq səhvlərdən qaçmağa və düzgün qərarlar qəbul etməyə kömək edəcək. Hər hansı böyük bir öhdəlik götürməzdən əvvəl iki dəfə düşünün. Bu gün verilən vədlərin yerinə yetirilməsinin çətin olması mümkündür.

Əlbəttə sizi sevindirəcək məqamlar da olacaq, o cümlədən yaxınlarınızın dəstəyi... Onun sayəsində yaxşı bir əhval-ruhiyyə saxlayacaqsınız. Günün ikinci yarısı son vaxtlar həm sizi, həm də yaxınlarınızı narahat edən bəzi mövzuları müzakirə edərək vacib söhbətlər aparmaq yaxşı zamandır.

Xərçəng - Faydalı işlər üçün uğurlu gündür. Mürəkkəb problemləri həll etmək üçün uğurlu fəallıq göstərəcəksiniz, başqalarını düşündürən suallara cavab tapacaqsınız. Düzdür, hədəflərinizə çatmaq bəzən asan olmur. Ancaq səy göstərməyə hazırsınız və hər hansı bir səhviniz olarsa, təslim olmursunuz.

İnadkarlıq və fədakarlıq sizə başqalarının hörmətini qazandırır, bir çoxları sizi dəstəkləməyə hazırdır. İstəsəniz, əməkdaşlıq uzun bir dostluq və ya romantik münasibətə çevrilə bilər. Axşam saatlarında möhtəşəm fikirlər ortaya çıxacaq və tezliklə onları həyata keçirə biləcəksiniz.

Şir - Səhər bəzi xoşagəlməz məqamlar, əsəbi anlaşılmazlıqlar ola bilər. Emosional fon qeyri-sabitdir, əhval-ruhiyyəniz istənilən xırda-xuruşa görə dəyişə bilər. Ancaq nəticə qazanmağa tələsməyin. Tezliklə müsbət tendensiyaların təsiri güclənəcək, özünüzü daha inamlı, azad və nikbin hiss edəcəksiniz.

Günortadan sonra kiçik səyahətlər üçün uyğun zaman kəsimidir. Mühiti dəyişdirmək sizin üçün çox faydalı olacaq. Evdən kənarda gözləmədiyiniz bir yerdə ilham mənbəyi tapmağınız mümkündür. Bəzi Şirlər son vaxtlar onları narahat edən problemləri necə həll edəcəklərini anlayacaqlar.

Qız - Səhər saatları gərgin keçə bilər. İxtilaflar və mübahisələrin yer alması istisna deyil. Bəzən əvvəllər mükəmməl başa düşdüyünüz insanlarla da ortaq dil tapmaq çətin olacaq. Xoşbəxtlikdən hər şey tez bir zamanda həllini tapacaq, ciddi bir qarşıdurma olmayacaq.

Daha sonra bəzi köhnə işlərə qayıtmaq, onları sona çatdırmaq, çoxdan düşündüyünüz planları həyata keçirmək mümkün olacaq. Günortadan sonra oxumaq üçün yaxşı vaxtdır, tez bir zamanda çox şey anlayacaqsınız. Kiçik nağd pul daxilolmaları mümkündür. Bəzi Qızlara köhnə borclar qaytarılacaq və ya əvvəllər görülmüş işlərin haqqı ödəniləcək.

Tərəzi - Asan qələbələrə inanmamağınız daha yaxşıdır. Bu gün bir çox işlərdə böyük nəticələr əldə edə bilərsiniz, amma əksər hallarda çox səy tələb olunacaq. Çətinliklərin ümumiyyətlə, gözləmədiyiniz yerdə ortaya çıxması mümkündür. Təcrübəniz sizə necə davranmalı olduğunuzu izah edəcək. Kənardan gələn məsləhətlər həmişə yaxşı olmur; onları dinləyib əməl etməzdən əvvəl diqqətlə götür-qoy edin.

Günün ikinci yarısı pul gəliri ilə sevindirəcək. Hər hansı bir maliyyə və əmlak məsələsi ilə məşğul olmaq üçün doğru zamandır. Gəlirinizi artırmaq ehtimalınız var. Yaranan fürsətləri əldən buraxmayın.

Əqrəb - Ünsiyyət üçün uğurlu gündür. Həm işgüzar, həm də şəxsi görüşlər yaxşı alınacaq. Fərqli insanlarla yaxşı münasibət quracaqsınız, sizin kimi düşünməyən adamlarla da uyğunlaşa biləcəksiniz. Dostluq və ya romantik hekayələrin başlanğıcı mümkündür. Hadisələr sürətlə inkişaf edəcək, ancaq soyuqqanlı qalmağı bacaracaqsınız.

Konsentrasiya, kiçik detallara diqqət tələb edən işlərə köklənmək çətin ola bilər. Tez-tez diqqətiniz yayınacaq və bəzən zəhlətökən səhvlər ortaya çıxacaq. Xoşbəxtlikdən vaxtında səhvləri görüb düzəldə bilərsiniz. Axşam sağlamlığınız və gözəlliyiniz üçün zaman ayırmağınız yaxşı olar.

Oxatan - Asan və xoş gündür. Hədəflərinizə çox da böyük səy göstərmədən və ya heç bir səy göstərmədən çatacaqsınız. Xeyli müddət əvvəl düşündüyünüz planı həyata keçirə bilərsiniz. Yeni bir şey öyrənmək, başqalarından daha tez faydalı məlumatlar almaq və tətbiq sahəsi tapmaq şansınız olacaq.

Uğurlu təsadüflər istisna edilmir və bu da maraqlı düşüncələrə səbəb olacaq. Vaxtınızı boşa verməmək vacibdir. Əlverişli şəraiti görən kimi hərəkətə keçin. İntuisiyanız haradan başlayacağınızı və ardınca nə edəcəyinizi söyləyəcək.

Oğlaq - Ünsiyyət baxımından asan gün olmaya bilər. Bəzən köhnə tanışlarla da qarşılıqlı anlaşma əldə etmək çətin olacaq. Əvvəllər yaxşı münasibət qurduğunuz insanlarla mübahisə edə, yaxınlarınızdan inciyə bilərsiniz. Xoşbəxtlikdən, məsələ ciddi problemlərə çevrilməyəcək, tezliklə vəziyyət düzələcək, münasibətlərdə harmoniya bərpa olunacaq.

Təkbaşına hərəkət edərək uğur qazanmaq üçün yaxşı zəmin olacaq. Yaradıcılıq və təxəyyük tələb edən vəziyyətlər xüsusilə əlverişlidir. Bir çox Oğlaqların yaxın gələcəkdə həyata keçirə biləcəyi mükəmməl fikirləri ortaya çıxacaq.

Dolça - Ünsiyyət üçün xoş bir gündür. İşlə bağlı vacib məsələləri müzakirə etmək, əvvəllər aydın olmayan məsələləri aydınlaşdırmaq üçün uyğun zaman gəlib. Faktları illüziyalardan ayırmağı bacaracaqsınız. Bunun üçün heç kimin sözünə qulaq asmırsınız və doğru edirsiniz; bu, mürəkkəb və qarışıq vəziyyətlərin qarşısını alır.

Günortadan sonra işlə bağlı müjdə vəd olunur. Eyni zamanda son vaxtlar haqqında çox düşündüyünüz maliyyə məsələləri həll oluna bilər. Qazanclı sövdələşmələr, yaxşı alış-verişlər mümkündür.

Balıq – Uğurlu ünsiyyət üçün yaxşı bir gündür. Yeni tanışlıqlar asan olacaq, insanların sizə qarşı rəğbət hiss etməsi üçün sadəcə, sizinlə bir neçə dəqiqə danışmaları yetərli olacaq. Dostluq və ya romantik münasibətlərin başlanğıcı istisna deyil. Sürətli simpatiya tezliklə ciddi hissə çevrilə bilər.

Həm də köhnə işə qayıtmaq üçün yaxşı gündür. Çox güman ki, indi onları tamamlayacaq və gözlədiyinizdən daha yaxşı nəticələr əldə edəcəksiniz. Bir çox Balıqlar ilin əvvəlində qazandıqları təcrübədən faydalanmağın uyğun bir yolunu tapacaqlar.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »