Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şans oyununa çevrilən gizli toylar - Kimin bəxti gətirdi cərimələnməyəcək
Şadlıq sarayı, toy

Hazırkı vəziyyəni ən böyük zərbə vurduğu sahələrdən biri də “toy biznesidir”. Ölkəmizdə bir ildən çoxdur ki, toyların keçirilməsinə qadağa qoyulub.

Bir çox sahələrdə vaxtaşırı açılıb-bağlanmalar olsa da, etirazlara, müzakirələrə baxmayaraq “mall”arın və toyların açılmasına icazə verilmədi. Bu müddət ərzində bir çox gənc cütlüklər toysuz, çalğısız ailə həyatı qurdular. Lakin bir çox cütlüklər arzularında olan toyun reallaşacağı ümidi ilə hələ də gözləyirlər. Bu müddət ərzində məmurundan tutmuş, adi kəndli babaya kimi gizli toy keçirmək sevdasına düşənlər də az olmadı. Mediada bir çox toy sahiblərinin və iştirakçılarının cərimələndiyinin şahidi olduq. Lakin bu bizim gördüyüm tərəf idi. Bir çox şou-biznes nümayəndələrinin açıqlamalarına baxdıqda insan təccüblü qalır ki, biz başqa dünyada yaşayırıq?

Əməkdar artist Baloğlan Əşrəfov açıq şəkildə və çəkinmədən normal qaydada toyların təşkil olunduğunu söyləyib. O, açıqlamasında vəziyyəti “oyunbazlıq” hesab etdiyini dilə gətirib. Bunun isə kimə lazım olduğunu sual edib.

Bir müddət bundan öncə müğənni Xatirə İslam da bu barədə paylaşım edərək müzakirələrə səbəb olmuşdu. O, paylaşımında bildirir ki, toy mərasimlərinin qadağan olunmasına baxmayarq, ölkədə hər gün yüzlərlə toy mərasimi keçirilir. Hətta müğənni qeyd etmişdi ki, yaxınlarından, tanışlarından xahiş edir ki, onu həmin toylara çağırmasınlar, çünki o, qanuni icazə olmadığı üçün həmin məclislərdə iştirak etmək istəmir.

Göründüyü kimi müğənnilərin özləri də etiraf edir ki, karantin dövründə də toylar əvvəlkindən bir qədər fərqli şəkildə davam edir. Bu hələ müğənnilərdən ikisinin etirafıdır. Məlumdur ki, əksəriyyəti pul qazanmaqdan qalmamaq üçün bu kimi məsələləri gizlədir. Bir müddət öncə etiraz edən müğənnilərin sükuta qərq olması da yəqin ki, bununla bağlıdır.

Müğənninin bu paylaşımından sonra isə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov münasibət bildirib. O bununla bağlı mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilidiyini söyləyib. Bu cür halların qarşısının alınması ilə bağlı DİN-nin mətbuat xidmətinin gündəlik olaraq məlumatlar yaydığını qeyd edib.

Təbii ki, kütləvi toyların keçirilməsinə tam nəzarət etmək və qarşısını almaq qeyri-mümkün məsələdir. Görünən odur ki, bu məsələdə kim polisə yaxalandı, kim yaxalanmadı deyə insanların işi şansa qalıb. Kim istəyir risk edib məclis qurur, toy keçirdir, kim çəkinirsə, toysuz, düyünsün ailə qurur. İnsanları bu qədər çətinə salmaq nəyə və kimə lazımdır? Onsuz da restoranlar fəaliyyət göstərir və buraya yığılan insanların sayı heç də təntənəli toylardan geri qalmır.

Leyla Mirzə

Paylaş »
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› “Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan
››› Daha bir gənc həkim koronavirusdan vəfat edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »