Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rayonlarda ağlasığmaz kredit faizləri: “Mərkəzi Bank niyə pul qazanmağı hədəfləməlidir…”
Mərkəzi Bank

Nə qədər təccüblü olsa da, rayonlarda kredit faizləri Bakıdakından 2 dəfə çox imiş. İqtisadçı deputat Vüqar Bayramlı bildirib ki, bankların ən yüksək kredit faizləri Yuxarı Qarabağ iqtisadi rayonundadır. Yəni, Füzuli, Ağdam və Tərtər rayonlarında yaşayan vətəndaşlarımız və iş adamları daha yüksək faizli kredit götürmək məcburiyyətindədirlər.

“Bu anormal vəziyyətdir. Əlbəttə ki, bu məsələ də kommersiya banklarının öz siyasətləri, istəkləri və kommersiya banklarının fəaliyyətinə, ümumi faiz dərəcələrinin səviyyəsinə görə məsuliyyət daşıyan Mərkəzi Bankın da rolu var”.

Bu fikirləri iqtisadçı Nemət Əliyev Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Bakı şəhərinin özündəki faiz dərəcələri də, bir o qədər aşağı deyil.

Nemət Əliyev Nemət Əliyev

“Belə aydın olur ki, regionlarda faiz dərəcələri daha yüksək imiş. Əslində isə Bakı ilə müqayisədə faiz dərəcələri daha aşağı səviyyədə olmalı idi. Çünki Bakı paytaxtdır, nisbətən maliyyə, biznes, sənaye mərkəzi hesab olunur. Bakıda əhalinin vəziyyəti nisbətən yaxşıdır. Əgər Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarını müqayisə etsək məlum olacaq ki, Bakı şəhərinin orta aylıq əmək haqqı səviyyəsi də rayondakından bir xeyli yüksəkdir. Normalda rayonlarda faiz dərəcələri aşağı olmalı idi.

Bir neçə il öncə mən müqayisəs aparmışdım. Ümumi əmanətlərin hardasa 85 faizi Bakı şəhərində, cəmi 15 faizi isə rayonlarda cəmləşib. Bankların region əhalisindən topladığı, səfərbər etdiyi maliyyə vəsaitlərin də çəkisi çox azdır. Bu əhalinin sosial vəziyyətinin, maliyyə imkanlarının hədsiz dərəcədə aşağı olmasının göstəricisidir”.

İqtisadçı onu da vurğulayıb ki, kommersiya bankı baxır görür ki, qaydasız bir şərait var, ölkə başdan-başa özbaşınalıqlarla doludur, hərə bir cür oyun oynayır. Onlar da öz istədiklərini bu şəkildə ortaya qoyurlar.

“Ölkədə orta, normal faiz dərəcəsi formalaşsaydı, kommersiya bankı əmin olardı ki, həmin orta faiz dərəcəsini yuxarı qaldırdıqda heç kim gəlib kredit götürməyəcək. Yaxud da əhali əmin olsa idi ki, digər banklardan nisbətən əlçatan şəkildə kredit resurslarını əldə edə bilmək imkanı var, o, heç vaxt nisbətən aşağı faiz dərəcəsi olan bankları qoyub, gedib yüksək faiz dərəcələri tətbiq edən banklardan kredit resurları götürməz. Təəssüf ki, bu imkanlar yoxdur. Buna görə də banklar bu oyunlardan çıxırırlar.

Bankların tətbiq etdikləri faiz dərəcələri sosial sarsıntılar içərisində yaşayan region əhalisinin vəziyyətini biraz da ağırlaşdırır. Əhalinin mövqeyinə, düşüncəsinə, sosial vəziyyətinə görə məsuliyyət daşıyan hökümət, bir mənalı şəkildə o xətti tutmalı idi ki, faiz dərəcələri aşağı düşsün”.

Nemət Əliyevin sözlərinə görə, Mərkəzi Bank faiz dərəcələrinin səviyyəsinə görə, birbaşa məsuliyyət daşıyır.

“Çünki maliyyə bazarlarına nəzarət onun əlindədir və o, dolayı şəkildə kredit bazarlarını tənziməklə vəzifələndirilib. Mərkəzi Bank bu sahədə də öz vəzifəsinin öhdəsindən gələ bilmir.

Mərkəzi Bankın rəhbərliyi biləndə ki, regionlarda kommersiya banklarının tətbiq etdiyi faiz dərəcələri yüksəkdir, dərhal diferensiallaşdırılmış uçot dərəcələri tətbiq edə bilərdi. Yaxud da ümumi uçot dərəcəsini biraz da aşağı salmalı idi. Onun tətbiq ediyi 7-7,5 faiz kimə lazımdır? Mərkəzi Bank niyə pul qazanmağı hədəfləməlidir? Mərkəzi Bankın vəzifəsi pul qazanmaq deyil. Bu gün Mərkəzi Bank, az qala kommersiya strukturu kimi fəaliyyət göstərir. Dünyanın heç yerində belə bir hal yoxdur. Bu 7 faizlik uçot dərəcəsi regionlarda kreditə görə faiz dərəcələrinin yüksək olmasına gətirib çıxardırsa, o zaman zəhmət çəkib onu bütünlüklə ləğv etsin. Regionlarda fəaliyyət göstərən banklara pul vəsaitləri ötürsün”,-deyə iqtisadçı bildirib.

Leyla Mirzə

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »