Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“18 yaşlılardan yox, peşəkarlardan ibarət orduya keçmək lazımdır”
Türkiyə və Azərbaycan bayraqları

Bu gün Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin birgə illik planına əsasən, hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə əməliyyat-taktiki təlimləri başlayır.

2 gün davam edəcək təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçiriləcək. Qeyd edək ki, fevralın 1-dən 12-nə qədər Azərbaycanın Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində iştirak etmək üçün Qarsda səfərdə olmuşdular. Orduların bu şəkildə təlimlərdə iştirakının məqsədi birgə əməliyyatların aparılması zamanı əməkdaşlıq və əlaqələndirmənin təmin edilməsi, güclü qar və şaxtada atış daxil olmaqla qoşunların döyüş qabiliyyətinin yoxlanılması, qış şəraitində hazırlıq səviyyəsinin artırılması, çöl şəraitində ərazidə yerləşmə, təchizat və texniki xidmət, habelə komandanlıq sistemlərinin işinin təmin edilməsidir.

Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info-ya bildirib ki, müharibədən sonra Azərbaycan dövlətinin hərbi büdcəni 1,9 milyard dollardan, 2,7 dollara qədər , yəni təxminən iki dəfə artırması təsadüfi deyil.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, aprelin 6-dan Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayıb. Bu təlimlərin keçirilməsinin çox böyük əhəmiyyəti var. Təlimlər ordunun döyüş hazırlığının yüksəlməsində, onun peşəkarlığının güclənməsində çox böyük rola malikdir. Müharibə bitib, amma Ermənistanın qıcıqlandırıcı davranışları, bəzi radikal qrupların təmsilçilərinin sərsəm bəyanatları göstərir ki, qətiyyən arxayın olmaq olmaz. Azərbaycan daim təhlükəni göz altında saxlamalı, ordunun döyüş hazırlığı, xüsusən Ermənistanla sərhəd ərazilər daim diqqət altında olmalıdır.

Azərbaycanla Türkiyə arasında tarixdə görünməmiş bir şəkildə strateji müttəfiqlik münasibətləri mövcuddur. Ötən hər ay, hər il bu münasibətlər daha da inkişaf edir. Artıq elə bir sahə tapılmaz ki, o istiqamətdə iki qardaş dövlətin mükəmməl çalışmaları olmasın. Bu münasibətlərdə xüsusi yeri hərbi-strateji müttəfiqlik tutur. Prezident İlham Əliyevin də dediyi kimi Azərbaycan Türkiyə ordusunun kiçik nümunəsini yaratmağa çalışır. Dünyanın ən güclü orduları siyahısında olan Türkiyə ilə hərbi sahədə əməkdaşlıq özünü aktiv əməliyyatlar zamanı göstərdi. Ordumuz 30 ildir orada möhkəmlənməyə çalışan düşməni 44 gündə məhv etdi. Lakin bu əməliyyatlar eyni zamanda Azərbaycan ordusundakı çatışmazlıqları da üzə çıxartdı. Onları isə aradan qaldırmaq üçün davamlı şəkildə təlimlər, döyüş hazırlığının yüksəldilməsi üçün lazım olan addımlar, o cümlədən köklü islahatlar aparılmalıdır.

Keçən il bizim hərbi büdcəmiz 1.9 milyard dollar idisə, indi bu, 2.7 milyard dollardır. Bu çox ciddi rəqəmdir. Bu maliyyə imkan verir ki, biz ordumuzu daha da modern şəkildə qurmaqda davam edək. 18-20 yaşlılardan ibarət kütləvi və qeyri-peşəkar ordunu, azsaylı, amma peşəkar, çevik davrana bilən ordu formatına çevirmək lazımdır. Bu savaşda xüsusi təyinatlıların çalışmaları göstərdi ki, onların sayının artırılması lazımdır. Türkiyənin bu sahədə olan qabaqcıl təcrübəsini mənimsəməliyik. Ümumilikdə bu təlimlərin, çalışmaların ordumuzun peşəkarlığının, döyüş hazırlığının, mənəvi-psixoloji durumunun yüksək səviyyədə saxlanılmasına təsir edəcəyini düşünürəm və bunu müsbət qiymətləndirirəm”,- deyə o bildirib.

İlhamə Rəsulova

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Diaspor Komitəsinin keçmiş sədrinə məxsus bahalı əmlak əlindən alındı
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› “Qarabağ müharibəsi göstərdi ki, “Bayraktar”lar bizim qırıcılardan daha effektivdir...”
Son xəbərlər
Bütün xəbərlər »