Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: “Ermənistan müsbət addım atsa, Cənubi Qafqaz gələcəkdə sabitlik bölgəsi ola bilər”
Mövlud Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Orta Asiya, Cənubi Qafqaz və Qarabağda baş verənlərlə bağlı küveytli həmkarını məlumatlandırıb.

Türkiyə XİN başçısı bu barədə Küveytin xarici işlər naziri Şeyx Əhməd Nasir Məhəmməd əs-Sabahla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Qarabağda əldə edilən atəşkəs əhəmiyyətli bir fürsətdir.

“Regionun rifahı ilə yanaşı, əhəmiyyətli layihələrin icrası, münasibətlərin normallaşması baxımından qarşımızda bir fürsət var. Ermənistan da bunu müsbət dəyərləndirsə, Cənubi Qafqaz gələcəkdə sülh və sabitlik bölgəsi ola bilər”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.(apa)

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
››› Rusiyadakı xarici vətəndaşların müvəqqəti yaşayış müddəti uzadılacaq
Son xəbərlər
Bütün xəbərlər »