Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov ABŞ və onun müttəfiqlərini etibarsız tərəfdaş adlandırıb
Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və onun müttəfiqlərini etibarsız tərəfdaş adlandırıb.

S. Lavrov bu barədə qazaxıstanlı həmkarı Muxtar Tleuberdi ilə birgə mətbuat konfransında bildirib.

“Dövlət üçün həyati əhəmiyyətli sahələrdə biz onların əhval-ruhiyyəsinə etibar edə bilmərik”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Rusiyalı nazir Vaşinqtonun Moskva ilə proqnozlaşdırıla bilən münasibətlər qurmağa hazır olması ilə bağlı bəyanatlarının inandırıcı görünmədiyini də qeyd edib : “ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi sanksiyaların olacağına dair hansısa bəyanat verib. Lakin ABŞ Rusiya ilə proqnozlaşdırıla bilən və stabil münasibətlərdə maraqlıdır. Sözlər inandırıcı səslənmir, konkret addımları gözləyəcəyik”.(apa)

Paylaş »
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› “Qarabağ müharibəsi göstərdi ki, “Bayraktar”lar bizim qırıcılardan daha effektivdir...”
››› Daha bir gənc həkim koronavirusdan vəfat edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »