Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş katibin köməkçisi İƏT ölkələrini bərpa prosesində Azərbaycana dəstəyə çağırıb
Islam Əməkdaşlıq Təşkilatı

“Münaqişə başa çatıb, amma sülh və bərpa prosesi kifayət qədər vaxt aparan bir prosesdir”.

APA-nın məlumatına görə, bunu bu gün Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə və Ağdama səfərin yekunları ilə bağlı mətbuat konfransında İƏT Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavesa Senqendo bildirib.

Əhməd Kavesa Senqendo deyib ki, münaqişədən əziyyət çəkən çoxlu sayda insan var: “Allaha dua edirik ki, bu insanların həyatı normal məcraya qayıtsın. Münaqişə zamanı həyatlarını itirən insanlara rəhmət diləyir, yaralılara şəfa arzulayırıq”.

İƏT Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi qeyd edib ki, bərpa prosesi çətin prosesdir: “İqtisadi məsələlərlə bərabər, bu insanlar psixoloji əziyyət də çəkib. İƏT bu məsələlərdə Azərbaycana dəstəyini davam etdirəcək. Üzv ölkələri dəstək verməyə çağırırıq. Böyük sayda insanın qayıdışı üçün böyük işlərin görülməsi, onların psixoloji sarsıntılardan qurtulması üçün dəstək lazımdır. İƏT ölkələrini bərpa prosesində Azərbaycanın yanında olmağa çağırırıq”.

Əhməd Kavesa Senqendo Azərbaycan hökumətinə dəvət üçün təşəkkür edib: “İşğaldan azad olunmuş ərazilərdə dağıntıları öz gözümüzlə gördük. İƏT ölkələrinin növbəti mərhələdə – yenidənqurma prosesində Azərbaycana dəstək göstərəcəklərinə inanırıq”.

Paylaş »
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Videosu yayılan qazini dövlət nəzarətə götürdü - Video
››› AZAL-ın “möcüzə”si: İslandiyadan Türkiyəyə Azərbaycandan daha ucuz gedib-gəlmək olur
Son xəbərlər
Bütün xəbərlər »