Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu qanunsuzluq bizə ailə faciəsi yaşatdı" - Video
Baş Prokurorluq

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin məzunu, 33 yaşlı Bakı şəhər sakini Cavidan Kərimov Prezident İlham Əliyevə və Birinci-vitse prezident Mehriban Əliyevaya video müraciət ünvanlayıb. O, atası İslam Kərimovun istintaq və məhkəmə orqanları tərəfindən qanunsuz həbs olunmasından və bunun nəticəsində ailə faciəsi ilə üzləşdiklərindən bəhs edib.

"Ailəmiz bu gərgin günlərdə çox böyük stress yaşadı və bu hadisələr anamın səhhətinə ağır təsir etdi. Həkimlər ona ürək çatışmazlığı diaqnozu qoydular, aylarla-dava dərman həkimlər və... günün birində anamı gənc yaşında itirdik. Onun heç 50 yaşı tamam olmamışdı, bu müsibət başımıza gətirilənə qədər, sağlam, xoşbəxt, ailəsinin başında olan bir xanım idi. Bu dələduzluq, cinayət olayı onu bizim əlimzdən aldı, bizə ağır faciə, sarsıntı yaşatdı",- deyə C.Kərimov müraciətində deyib.

O, atası barədə Apellyasiya Məhkəməsinin qərarından verdikləri kassasiya şikayətinə bu il aprel ayının 9-da Ali Məhkəmənin Cinayət Kollegiyası tərəfindən baxılacağını qeyd edib. "Ədalət naminə atam İslam Kərimovun barəsində çıxarılan bütün hökmlər ləğv olunmalı, işə bəraətverici əsaslarla xitam verilməlidir. Sizdən bir Azərbaycan vətəndaşı kimi rica edirəm: Bu işi nəzarətə götürün, ədalətsizliyi durdurun, ailə faciəmizə səbəb olan insanları layiq olduğu şəkildə cəzalandırın",- deyə Bakı sakini müraciətində vurğulayır.

Video müraciəti təqdim edirik:

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Diaspor Komitəsinin keçmiş sədrinə məxsus bahalı əmlak əlindən alındı
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› “Qarabağ müharibəsi göstərdi ki, “Bayraktar”lar bizim qırıcılardan daha effektivdir...”
Son xəbərlər
Bütün xəbərlər »