Xalq artisti, Opera və Balet Teatrının solisti Azər Zeynalov ikinci dəfə infarkt keçirib.
İlk dəfə martın 7-də infarkt keçirən Xalq artistinin bir ay öncə həyatını xilas etmək üçün ürəyinin bir damarına stend qoyulmuşdu. Həkimlər onun 3 ay sonra açıq ürək əməliyyatı edilməsini nəzərədə tutmuşdular. Aprelin 2-də Respublika Diaqnostik Mərkəzdə açıq ürək əməliyyatı keçirib. Ailəsinin verdiyi məlumata görə, Azər Zeynalov hələlik danışa bilmir.