Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ronaldoya qarşı oynamaq xoş idi” - Millimizin futbolçusu
Kriştiano Ronaldo

Ukraynanın “Minay” klubunun kapitanı Anatoli Nuriyev futbol üzrə Azərbaycan milli komandasındakı debütündən danışıb.

“Qafqazinfo” xəbər verir ki, 24 yaşlı hücumçu klubunun rəsmi saytına açıqlamasında DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya (0:1) və Serbiyaya (1:2) qarşı oyunlardan, eləcə də Qətərlə yoldaşlıq matçındakı çıxışından söz açıb:

“Təəssüratlarım, əlbəttə ki, müsbətdir. Yığmaya ilk dəfə qoşulanda harada olduğumu və eyni meydanda kimlərlə oynayacağımı yaxşı dərk etmirdim. Evdə isə artıq şüur öz yerinə qayıdır. Duyğular bir az sakitləşəndə mən millidə oynamağın, Kristiano Ronaldo, Bruno Fernandes, Duşan Tadiç kimi futbolçulara, ümumiyyətlə Portuqaliya və Serbiya yığmalarına qarşı mübarizə aparmanğın nə qədər şərəfli və gözəl olduğunu başa düşdüm. Bu, mənim üçün çox yaxşı təcrübə oldu. Ronaldo haqqında nə deyə bilərəm? Onu izləmək maraqlı idi. O, böyük nailiyyətləri və titulları olan futbolçudur. Ronaldoya qarşı oynamaq xoş idi”.

Nuriyev yenidən Azərbaycan millisinə çağırılacağına ümid etdiyini bildirib: “Dəvət üçün bundan sonra da yaxşı oyun nümayiş etdirəcəyimə ümidvaram”.

Paylaş »
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Məşhur romanda yazılanlar dünyada necə reallığa çevrilib...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Gəncədə məktəb direktoru COVID-19-dan dünyasını dəyişib
››› Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatına üç gün vaxt verdi
Son xəbərlər
Bütün xəbərlər »