Sosial şəbəkələrdə Prezident Administrasiyasının keçmiş rəhbəri, Milli Elmlər Akademiyasının Prezidenti RamizMehdiyevin qohumunun həbsi ilə bağlı məlumat yayılıb. Məlumata görə, Ramiz Mehdiyevin kürəkəninin qardaşı, keçmiş MTN polkovniki, AMEA İşlər idarəsinin müdir müavini Fikrət Əliyev də tutulub.
Bizimyol.info-nun etibarlı mənbədən əldə etdiyi məlumata görə, iki gün əvvəl cinayət işi başlanılıb. Hələ həbs barədə rəsmi qərar yoxdur. Ancaq mənbə bildirib ki, böyük ehtimalla Fikrət Əliyev həbs ediləcək.

Qeyd edilir ki, Fikrət Əliyevin həbsi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində AMEA ilə bağlı qaldırılan cinayət işi ilə əlaqəlidir.
***
Yeniləmə (22:15)
Bu gün axşam saat 22 radələrində gələn məlumata görə, Fikrət Əliyev şübhəli şəxs qismində saxlanılıb. Hələlik barəsində həbs qətimkan tədbiri seçilməyib.