Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Paşinyan Moskvaya öz problemləri üçün gedir” – Zakaryan
Nikol Paşinyan

Moskva görüşü Nikol Paşinyanın təşəbbüsü ilə həyata keçirilir.

Unikal.org xəbər verir ki, bu barədə “Zerkalo” qəzetinə müsahibəsində Ermənistanın müdafiə nazirinin sabiq müavini Artak Zakaryan bildirib.

Onun sözlərinə görə, 9 noyabr və 11 yanvar tarixlərindən sonra müəyyən iş gündəliyi yaradıldığı və Ermənistan rəhbərliyi heç bir şeyi həll edə bilmədiklərini sübut etdikləri üçün Paşinyanın Moskvaya öz problemlərini müzakirə etmək üçün getdiyinə inanmaq olar.

“Nikol öz gələcəyi barədə düşünür. Bu, mənim fikrimdir və buna əsas var”, - deyə Zakaryan qeyd edib.

Sabiq nazir müavini bildirib ki, Paşinyan hakimiyyətdə qaldığı təqdirdə Sünikdə toqquşmalar ola bilər. Zakaryan hesab edir ki, məqsəd Qərblə Rusiyanı Cənubi Qafqazda toqquşdurmaqdır.

“Bu halda kim uduzacaq? İlk növbədə Ermənistan”, -deyə Zakaryan vurğulayıb.

Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya işgüzar səfəri başlayıb. Paşinyan səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
Son xəbərlər
Bütün xəbərlər »