Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəncə sakinində silah və narkotik aşkarlanıb
Silah - Atəş - ov tüfəngi

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, şəhər sakini, Seymur Quluzadə saxlanılaraq, RPİ-nə gətirilib.

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, onun üzərində şəxsi axtarış keçirilən zaman çəkisi 1.60 qram qram narkotik vasitə olan “tiryək” aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, S. Quluzadənin şəhər ərazisindəki fərdi yaşayış evinə baxış keçirilib. Baxış zamanı fərdi yaşayış evindən, parça torbada 1 ədəd, müvafiq sənədi olmayan, qundağı və lüləyi kəsilmiş, atəşə yararlı tüfəng, 2 ədəd patron və sellofan torbada, çəkisi 38.35 qram ram narkotik vasitə olan “tiryək” aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertiziyaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »