Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Abutalıbov indi niyə Heydər Əliyevin məzarını ziyarət eləmir?"
Hacıbala Abutalıbov

“Hacıbala Abutalıbov mənə illərlə zülm edib, onun ucbatından bu gün mən damda yaşayıram. Gah rüşvət isdədi, sonra gördü ki, məhkəmə mənim xeyrimə qərar çıxardı, geri çəkildi. İllərlə Azərbaycan Konstitusiyasında olan qanunu icra etmədi. Bir nəfər də cəsarət edib ona bir söz demədi. Bu fikirləri yenisabah.az-a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov sələndirib.

“Bu adam Heydər Əliyevin adı ilə nə qədər alver etdi. Bu gün də həmin alveri davam etdirən məmurlar var. Hansı ki, saxta prezidentsevərlər, Mehriban xanım sevərlərdirlər…

Şeyx Əbdül Mahmudbəyov Şeyx Əbdül Mahmudbəyov

90 faizi şəxsi maraqları üçün yalan deyirlər. Yanvar ayından öncə Şəhidlər Xiyabanını, daha sonra Fəxri Xiyabanı – H.Əliyevin məzarını ziyarət etməyə getdik. Oradakı mühafizəçidən Hacıbala Abutalıbovun buraya gəlib-gəlmədiyini soruşdum. Mühafizəçi dedi ki, o artıq bura gəlib-getmir. Hacıbala müəllim hər müsahibəsində deyirdi ki, guya səhərlər işə getmək üçün evdən yarım saat tez çıxır, Ulu Öndərin məzarını ziyarət edib, silib-təmizləyib sonra işə yollanır. Bəs xeyir ola, indi niyə getmir?”,- deyə Xalq artisti soruşub.

Bu günlərdə Hacıbala Abutalıbovun adı ətrafında söz-söhbətlər, onun həbs oluna biləcəyinə dair iddialar səngimir. Hacıbala Abutalıbovun keçmiş müavini, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevin həbsi bu mövzunu gündəmə gətirib. Çünki məlum məsələdir, Rasim Quliyev öz rəhbərindən icazəsiz hər hansı bir addım ata bilməzdi.

H.Abutalıbov R.Quliyevə səlahiyyət verib ki, tikintinin aparılmasına dair sənədlərə qol çəksin. Yeri gəlmişək Rasim Quliyevin məhz hansı səbəblə həbs edilməsi də məlum olub.

R.Quliyevə Cinayət Məcəlləsinin iki maddəsi -314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Məlum olub ki, o, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verib. Sakinlər köçürülmələri təmin edilmədən binada söküntü işləri aparılmasına dair müxtəlif instansiyalara o cümlədən Baş prokurorluğa dəfələrlə müraciət göndəriblər.

Ovçular Cəmiyyətinin sədri Füzuli Əşrəfov da Hacıbala Abutalıbovun vəzifəsindən sui-istifadəsinin zərərçəkmişlərindəndir. Üç il əvvəl cəmiyyətin Mətbuat prospekində olan binası sökülüb.

“Böyük qalmaqal da yaranmışdı. Milli Məclislə müqaviləmiz var idi. Həmin müqaviləyə əsasən, bizim binanın yerində bina tikiləcək və bizə 2500 kvadrat metr təmirli yer veriləcəkdi. Amma bina söküldü, amma yerində park salındı və parkda Hacıbala Abutalıbovun öz şirkəti olan “Özsüt”ün yeni bir binası tikildi. Binamız birbaşa Hacıbala Abutalıbovun nəzarəti və təşkilatçılığı ilə söküldü. Ətraf bağlandı, ağaclar çıxarıldı və bina söküldü. Məhkəmə bu ilin avqust ayına təxirə salındı. İndi biz 3 ildir ki, qalmışıq çöldə”,- deyə cəmiyyət sədri bildirib.

Bunlar aysberqin yəqin ki, görünən tərəfləridir. Hacıbala Abutalıbov istintaqa cəlb edilibmi, ediləcəkmi? Əgər günahı varsa və sübut olunarsa qanun bu suala “h” cavabı verir. Tutduğu vəzifəsindən asılı olmayaraq heç kimin ölkə qanunları qarşısında toxunulmazlıq hüququ yoxdur. Amma məşhur məsləd deyildiyi kimi, “tutulmamısansa oğru deyilsən”.

Haqqında gedən bu müzakirələrə münasibət öyrənmək üçün Abutalıbovla əlaqə saxlamaq cəhdlərimiz təəssüf ki, boşa çıxdı. Əks halda onun da fikirlərini məmnuniyyətlə dinləmək istərdik.

İlhamə Rəsulova

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Nazirliyin əməkdaşı koronavirusdan vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »