Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəstələr Allahın ümidinə qalıb: Niyə temperaturu 38-dən aşağı olanlardan test götürməyə icazə verilmir...
Xəstələr Allahın ümidinə qalıb: Niyə temperaturu 38-dən aşağı olanlardan test götürməyə icazə verilmir...

Son günlər koronavirus xəstəliyinin əlamətlərini özlərində hiss edən və təcili yardım çağıran xəstələrin əksəriyyətindən analiz götürülmür. Xəstə təcili yardım həkimindən analiz götürülməsini tələb etdikdə isə temperaturu ölçülür və əgər istiyi 38 dərəcədən aşağıdırsa, ondan test götürməkdən imtina edirlər. Səbəb kimi göstərirlər ki, temperaturu 38 dərəcədən aşağı olan xəstələrdən test götürməyə icazə verilmir. İcazəni kimin və hansı səbəblə vermədiyi isə sual altındadır.

Halının pisləşdiyini görən xəstə poliklinikaya müraciət edir. Poliklinika isə vaxtında gəlib test götürmədiyi üçün xəstə alaniz vermək üçün məcbur olub evdən çıxır. Bununla da xəstəliyin daha da artması qaçınılmaz olur.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev bildirib ki, ümumiyyətlə, temperaturu oldu, olmadı, bütün müraciət edənlərdən test götürülməlidir.

Aydın Əliyev Aydın Əliyev

"Temperaturu 38-dən aşağı olanlardan test götürməyə qoymurlar nə deməkdir? Kim qoymur? Kimdir o qərarı verən? Bu nə biabrçılıqdır?! Hələ onlara müraciətinə görə çox sağol da deyilməlidir. Nə olan şeydir bu test? Qəpik-quruşdur da. İnsan həyatından artıq deyil ki... Çin necə məhdudlaşdırdı pandemiyanı? Çoxlu test edib pozitivləri aşkar etməklə. Niyə biz hər şeyi tərsinə edirik? Yenə hamı Mersinə gedir, biz tərsinə gedirik. Testlərin sayı artırılmasa qüsurlu dövran daha da artacaq. Yoxlanmayan pozitivlər daha çox insanı yoluxduracaq və bunun altından çıxa bilməyəcəksiz tibb məmurları. Yazıq təcili yardım işçiləri qalıblar xəstələrlə, səriştəsiz tibb məmurlarının arasında. Hələ təcili yardım işçilərinin fevral-mart ayı üçün COVİD pullarını da verməyiblər", - deyə A.Əliyev bildirib.

“Çağırış üçün zəng edəndən temperatur soruşurlar, əgər 38-dən artıq deyilirsə, gəlməkdən imtina edilir. Belə özbaşınalıq olarmı? Harada yazılıb ki, kovid zamanı temperatur mütləq 38-dən artıq olmalıdır? Bu çox səhv addımdır. Yayılmanın əsas səbəblərindən biri də budur”.

Bu fikirləri Tibb Universitetinin müəllimi Fuad İslamzadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib.

“Pandemiya yeni yayılan vaxtlarda ailədə bir nəfərdə “COVİD” çıxırdısa, digər ailə üzvlərini də karantinə götürürdülər. İndi heç maraqlanan yoxdur. Hətta ailədə bir xəstə olduqda, “naz-qəmzə” ilə gəlib həmin adamnan analiz götürürlər və dedik də ki, digər ailə üzvlərindən də test götürün. Cavab verirlər ki, yox götürə bilmərik. Əgər biz bütün dünya qarşısında lovğalanırıqsa ki, pandemiya ilə yaxşı mübarizə aparırıq, o zaman bu düzgün addım deyil.

Bir çox həkimlərimiz də qeyd edir ki, qonşu ölkələrə nisbətən bizdə ölüm faizi çoxdur. Bu faizin çox olmasınada səbəb xəstələrin vaxtında müalicə olunmamasıdır. Xəstələr bilir ki, müraciət çətin olacaq və ona görə də xəstəxanaya ağır vəziyyətdə düşürlər. Yalnız ağır xəstələr müalicə olunduğu üçün ölüm sayı çoxdur. Gündəlik yoluxmaların hesabatı verilir. Əslində isə bizdə yoluxanların sayı həmin rəqəmlərdən daha çoxdur”.

Fuad İslamzadənin onu da vurğulayıb ki, bizdə hamı hesab edir ki, günah həkimdədir, amma bizim ölkədə Həkimlərin Təkmilləşmə İnsitutu, tibbə nəzarət redən iki böyük təşkilat var.

“Bunlar TƏBİB və Səhiyyə Nazirliyidir. Həkimlərin hamısı bu işlə məşğul ola bilməz. Buna görə də, ixtisas artırma ilə məşğul olmaq, kurslar təşkil etmək lazım idi. İkincisi isə stasionarın yükü məsələsi var. Bu xəstələri qəbul edib, aparıb terapevtik, cərrahi xəstələrlə birlikdə yatızdıqmaq olmaz. Covid xəstələri ayrıca xəstəxanada yatmalıdır. Bu səbəbdən də yer çatmır və narazılıqlar bundan qaynaqlanır. Ona görə də, camaat arasında təbliğat aparılırdı ki, infeksion xəstəlikdir,keçiciliyi var. Camaat özünü qorusun və nisbətən zəif sürətlə artsın ki, xəstəxanalarda yer çatsın”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »