Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Son iki həftədə Bakıda 739 şagird və 466 müəllim koronavirusa yoluxub
Məktəb - Dərs

“Martın ortalarında başlayaraq koronavirusa yoluxma sayının artması 5 şəhər və rayonda distant təhsilə keçilməsi ilə bağlı Təhsil Nazirliyinin qərar verməsinə şərait yaratdı”.

Bunu APA TV-yə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O bildirib ki, artıq aprelin 5-dən bu proses başlayıb: “Artıq distant təhsillə əlaqədar müəyyən ənənələr var. Əyani təhsilə keçid mərhələsinin nə zaman olması barədə dəqiq məlumat verməsək də, arzulayaq ki, bu, tez bir zamanda həyata keçirilə bilsin”.

M.Vəliyeva bildrib ki, Bakı məktəbləri üzrə ümumilikdə 1086 şagird və 695 müəllim koronavirus yoluxub: “Onlardan 739 şagird və 466 müəllim son 14 gündə koronavirusa yoluxub. Buna görə düşünürəm ki, atılan addım doğru qərardır".

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »