Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra başçısı kirayədə qalırmış
Mübariz Əhmədzadə

Araşdırmaçı jurnalist Cavanşir Həsənlib Zaqatala rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin obyektlərini tapıb.

Bizimyol.info xəbər verir ki, jurnalist icra başçısınınn Qax rayonunun Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan “Residence” ailəvi istirahət mərkəzinin sahibi olduğunu iddia edir.

O, həmin obyektin dəyərinin milyonlarla ölçüldüyünü yazır. Və sübut kimi 2008-ci ildə tikintisinə icazə verilmiş obyektin sənədlərini də təqdim edib.

Mübariz Əhmədzadə 12 ildir ki, Zaqatalanın icra başçısıdır. O, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin keçmiş sədri, baş nazirin müşaviri Əhməd Əhmədzadənin qardaşıdır.

Məsələ ilə bağlı Bizimyol infonun sorğusuna cavab olaraq, Zaqatala rayon İcra hakimiyyəti başçısının köməkçisi Xəqani Məmmədov bildirib ki, Qax şəhərində Mübariz Əhmədzadəyə məxsusu olduğu iddia edilən və sənədləri yayılan istirahət mərkəzi deyil. "Ən əsası isə həmin obyekt Mübariz Əhmədzadəyə məxsus deyil".

Xəqani Məmmədov həmçinin bildirib ki, M. Əhmədzadənin Zaqatalada nəinki obyekti, heç evi yoxdur: “Evi Qax rayonundadır. Burada isə kirayədə qalır. Düzdür, Zaqatalada çoxdan işləyir, buranı yaxşı tanıyır. Amma Zaqatalada onun nə obyekti var, nə də evi. Evi Qax şəhərənidədir”.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Haqları pozulan əlillərə kompensasiya verilsin - Deputat
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
Son xəbərlər
Bütün xəbərlər »