Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadının oğurlanan çantasından heroin çıxıb
Qadın - qandal - həbs

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İmişli rayon Bəhrəmtəpə qəsəbəsində yaşayan Güluzə Şahverənova RPŞ-yə müraciət edərək içərisində 2 500 manat pul, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük və şəxsiyyət vəsiqəsinin olduğu çantanın naməlum şəxslər tərəfindən qaçırıldığı barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində G.Şahverənovanın verdiyi məlumat təsdiqini tapmayıb.

Belə ki, əvvəllər məhkum edilmiş G.Şahverənova istintaqa məlum olmayan mənbədən əldə etdiyi 48 qramdan artıq narkotik vasitə olan heroini çantasında daşıyarkən naməlum şəxslər tərəfindən oğurlanıb.

Davam etdirilən araşdırmalarla heroini oğurlayan şəxslər də saxlanılıb. Onların Bəhrəmtəpə qəsəbə sakinləri - Vüqar Quliyev və Osman Abbaslı olduqları müəyyən edilib. Oğurlanan narkotik vasitənin də yeri aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd olunan faktla bağlı İmişli RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »