Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Qara dənizdə yeni kəşfiyyat quyusunun qazılmasına başlayır
Türk gəmisi

Türkiyənin qazma gəmisi "Fatih" Qara dənizdə yerləşən "Amasra-1" qaz yatağı istiqamətinə yollanıb.

Bu barədə "APA-Economics" "DailySabah"a istinadən məlumat verir.

Qazma gəmisi hazırda Zonquldak ilində yerləşən Filyos Limanından Sakarya ilində yerləşən "Amasra-1" quyusu istiqamətində yoldadır.

Türkiyə Milli Neft şirkətindən bildiriblər ki, "Fatih" təyinat yerinə çatandan sonra kəşfiyyat quyusunun qazılması işlərinə başlayacaq.

Qeyd edək ki, ölkənin digər qazma gəmisi olan "Kanuni"nin də yaxın zamanlarda "Fatih"ə qoşulması gözlənilir. Yataqdan ilk qaz nəqlinin 2023-cü ildə başlaması proqnozlaşdırılır və illik qaz hasilatının 5-10 mlrd. kubmetr təşkil edəcəyi gözlənilir.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »