Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
6 il əsirlik həyatından sonra səfillik
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2014-cü ildən bəri əsirlikdə olan və 6 il sonra 2020-ci il dekabrın 14-də vətənə gətirilməsi təmin edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyev sosial vəziyyətlərindən narazıdırlar. Altı il düşmən trəfindən əsir saxlanmış bu insanlar vətənə qayıtdıqdan sonra hər şeyin bitəcəyini, əzablarına son qoyulacağını düşünsələr də böyük məyusluqla qarşılaşıblar.

Düşmən tərəfindən hər cür işgəncələrə, təzyiqlərə məruz qalan və ömrünün sonuna kimi gecələri kabusa çevrilən bu insanlara yardım etmək lazım deyilmi?

Bizimyol.info xəbər verir ki, Dilqəm Əsgərov vəziyyətinin yaxşı olmadığını bildirib:

“Vəziyyətim heç də ürəkaçan deyil. Ağrıyıram, müalicə lazımdır, amma heç bir yardım olunmur. Bakıya müayinə olunmağa gəlmişəm. Başımda əzilən yerlər və mədəmdə problemlər var", deyə bildirib.

Şahbaz Quliyev isə ayaqlarında ciddi problem olduğu üçün işləyə bilmədiyini bildirib:

Şahbaz Quliyev və Dilqəm Əsgərov Şahbaz Quliyev və Dilqəm Əsgərov

“Ailədə və mənim sağlıq durumumda vəziyyət o qədər də yaxşı deyil. Bəzən yeməyə çörək belə tapmırıq desəm, yalan olmaz. Yoldaşım restoranda qabyuyan işləyirdi. Amma restoran bağlandığı üçün o da işdən çıxıb. İş üçün müraciət etmişəm, amma ayaqlarım yaxşı işləmədiyi üçün işə götürmürlər. Sosial yardım iki dəfə gəlib, ziyarət edib. Bundan başqa heç bir dövlət qurumu tərəfindən yardım olunmayıb. Burdan bizə yardım etməsi üçün dövlətə müraciət edirəm”,-deyə Şahbaz Quliyev bildirib.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, işsiz vətəndaşdırsa, təbii ki, məşğulluq idarəsinə müraciət etməli və qeydiyyatdan keçməlidir.

“Mövcud vakansiyalar ona təqdim olunacaq və o, onların sırasından öz istəyinə uyğun olaraq iş seçə bilər. Bundan başqa özü məşğulluq proqramına qoşula bilər. Bununla yanaşı, müxtəlif məşğulluq proqramları var. Birini seçib, əmək münasibətlərini rəsmiləşdirə bilər və öz əmək fəaliyyətini göstərə bilər. Yəqin ki, onlar dövlət qurumuna müraciət etməyiblər”.

Fazil Talıbov onu da vurğulayıb ki, biz nazirlik olaraq, əsirlikdən azad olunmuş vətəndaşlarımızı iki dəfə ziyarət etmişik.

“Söhbət əgər ərzaq yardımından gedirsə, vaxtaşırı olaraq müxtəlif təşkilatlar, məsələn, Heydər Əliyev Fondu, beynəlxalq təşkilatlar, kommersiya strukturları koorperativ sosial məsuliyyət çərçivəsində ərzaq yardımları edirlər. Bayram və əlamətdar günlərdə yardımlar göstərilir. Bu yardımlar ƏƏSMN-nin əməkdaşları vasitəsilə ünvanlara çatdırılır. Bu, vaxtaşırı olan prosesdir”.

Leyla Mirzə

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Nazirliyin əməkdaşı koronavirusdan vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »