Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı jurnalistlər Rusiya səfirliyindən “İsgəndər” məsələsinə cavab tələb edir
Azərbaycanlı jurnalistlər Rusiya səfirliyindən “İsgəndər” məsələsinə cavab tələb edir

Bir qrup azərbaycanlı jurnalist Şuşa şəhərində Rusiyaya məxsus “İsgəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkarlanması ilə bağlı Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinə müraciət ünvanlayıb.

26 tanınmış jurnalist tərəfindən imzalanmış müraciətdə “İsgəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkar edilməsi ilə bağlı ətraflı məlumat verilib, bununla Azərbaycan cəmiyyətində doğurduğu narahatlıq əks olunub.

“Yerevanda dəfələrlə belə bəyanatlar səslənib ki, Ermənistan Azərbaycana Rusiya istehsalı olan “İsgəndər” Operativ-Taktiki Raket Kompleksindən atəş açıb. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi Movses Akopyan bu cür iddialarla çıxış ediblər.

Lakin, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov o vaxt Qarabağda “İsgəndər” raketlərinin tətbiq olunmasını qəti inkar edərək bildirib: “Bizdə olan, o cümlədən obyektiv nəzarət sistemi ilə təsdiq edilmiş obyektiv və mötəbər məlumatlara görə, Dağlıq Qarabağda münaqişənin gedişində bu tipli heç bir raket kompleksi tətbiq edilməyib”.

Jurnalistlər bildiriblər ki, bununla əlaqədar dəfələrlə mətbuatda geniş, detallı məlumatlar verilsə də, indiyə qədər Rusiya tərəfinin dəqiq və birmənalı rəsmi cavabı eşidilməyib.

Biz təəccüblənirik ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, digər əlaqədar strukturların şəxsində Şuşa şəhərinə “İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksindən necə atəş açıla bilməsinə aydınlıq gətirməyə tələsmir. Əlbəttə, bu faktın tam və hərtərəfli təhqiqatı vaxt tələb edir. Lakin, hətta, təhqiqatın başlanması barədə rəsmi bəyanatın da olmaması Azərbaycan ictimaiyyətində ciddi anlaşılmazlıq və narahatlıq doğurur”.

Sonda həmkarlarımız Rusiya tərəfnin ən yaxın vaxtda öz rəsmi mövqeyini bildirəcəyinə və təhqiqatın başlanmasını elan edəcəyinə əminlik ifadə ediblər.

Elçin Alıoğlu Elçin Alıoğlu

Müraciəti imzalamış jurnalist Elçin Alıoğlu hesab edir ki, Rusiya hazırda ilgəyi öz boynuna keçirib , öz əliylə çəkməyə hazırlaşır. Şuşaya atılmış 2 "İsgəndər-M" raketi ilə bağlı Putinin sözçüsu Peskovun açıqlaması qulağa vermişel asmaq tipli bəyanatdır. Azərbaycan vətəndaşlarına "həzm" etdirilməyə çalışan versiyalar nağıldır.

Demək istəyirlər ki, Rusiyanın Müdafiə, Daxili İşlər nazirlikləri, Federal Təhlükəsizlik Xidməti, Baş Kəşfiyyat İdarəsi və daha neçə ciddi qurum erməni diasporunun raket almasından xəbərsiz olub.

Rusiyanın Bakıdakı səfirliyi, XİN-i, Müdafiə Nazirliyi və s.-nin rəhbərləri əsir alınmış kxmer partizanları kimi susurlar. Bu iş sadəcə "iş nəzarətə götürülüb” deməklə bitə bilməz. Bəli iş nəzarətə götürülüb, həm də beynəlxalq səviyyədə. Rusiya Federasiyası Cənub Hərbi Dairəsinin Suvorov Qırmızı Bayraq ordenli anbarlarından "İskəndər-M"lərin qeyri-leqal alınması, onların Ermənistana qeyri-leqal yolla gətirilməsi və bu əməliyyatın Livan və Rusiya bankları vasitəsilə ödənilməsi Rusiya hərbi və xüsusi xidmət orqanları tərəfindən olduqca sərt cavablar tələb edən vəziyyətdir. Müvafiq təhlükəsizlik və xüsusi xidmət strukturları, habelə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi məsələ ilə bağlı konkret, qənaətbəxş münasibət bildirməyiblər və biz əlbəttə ən üst səviyyədə cavab gözləyirik”,- deyə Elçin Alıoğlu bildirib.

O həmçinin Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin fəaliyyətinin yarıtmazlığından danışıb.

“Rüstəm Muradovun komandanlıq etdiyi heyət Qarabağda erməni cinayətkarların asudə hərəkətini təmin edir. Nəzərdə tutulmuş 1960 rusiyalı hərbçi üçün gərəkdiyindən artıq kazarmalar, postlar və s.-nin inşa edilməsi də anormallıqdır. Sülhməramlıların belə davranışı Azərbaycan-Rusiya münasibətlərində problemlər yarada , Qarabağda yeni müharibənin əsasını qoya bilər”,- deyə o bildirb.

Jurnalist blogger Həmid Həmidov isə bilidirb ki,Qarabağda “İskəndər”in tapılması müharibə yox, siyasət məsələsidir. Daha doğrusu siyasi ikiüzlülükdür.

“Bu müharibədə “İskəndər” tətbiq edilib və bu barədə danışılmır.Çünki onu məhz indi üzərinə sülhməramlı missiyasını götürmüş tərəf tətbiq edib.Ona görə nə təsdiq, təkzib verə bilir. Sadəcə tərləmiş vəziyyətdə susur.İndi söhbət Ermənistandan yox, tərəf olaraq məhz Rusiyadan gedir. Müharibənin son günlərində o Şuşaya raket atmaqla dayan əmrini verməyə çalışıb.Çünki onun sülhməramlılarının Qarabağa girməyə , növbəti 5 ildə gərginlik yaratmağa bir səbəbi olmalıydı”.

 İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »