Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çox yaşamağın ən dadlı yolu
Qoca - Pensioner

Alimlər uzunömürlü yaşamağa imkan verən qida rasionu barədə araşdırma aparıblar.Tədqiqatlarda Şimali və Cənubi Amerikadan, Avropadan, Afrikadan, Avstarliyadan 1,9 milyon insan iştirak edib. Başqa sözlə desək, araşdırmalara 29 ölkənin əhalisi cəlb olunub.Mütəxəssislər xüsusən vətəndaşların qida rasionunda meyvə tərəvəzin nə dərəcədə yer tutmasına diqqət ediblər. 26 elmi işin nəticələri də araşdırmalar zamanı istifadə olunub.Son nəticə olaraq bu qərara gəlinib ki, uzun ömürlü olmaq üçün gündə 5 dəfə meyvə və tərəvəzdən istifadəö etmək lazımdır. 3 dəfə tərəvəz, iki dəfə meyvə olmaqla. Bu ürək damar xəsətliklərinin, xərçəngin yaranmasının qarşısnı alır. Həkimlər qeyd ediblər ki, beş dəfədən artıq istifadə məsləhət deyil. Gündə ən az beş boşqab çiy tərəvəz və meyvə qəbul edilməlidir.Bədənimizin ehtiyac duyduğu vitaminlərlə və mikroelementlərlə təmin edilməsi üçün nizamlı tərəvəz və meyvə qəbulı çox əhəmiyyətlidir. Hər pay çiy salat və tərəvəz yeməklərinə yer vermək və ara paylarda təzə meyvə şirələrini və meyvələri seçmək sağlam qidalanmanin bir parçasıdır.

Mövsümündə olan tərəvəz və meyvələr seçilməlidir… Təzə tərəvəz və meyvə qəbulı qədər əhəmiyyətli olan bir başqa mövzu da tərəvəz və meyvələrin mövsümündə olanlarının seçilməsidir. Mövsümünə uyğun qidalanmaq, mövsümü xəstəliklərdən qorunmanın ən fundamental yoludur.

Bütün tərəvəz bitkiləri də faydalı hesab edilə bilməz. Xüsusən kartof, noxud və qarğıdalı ölüm riskini azaltmır.

Sağlam qidalanma barədə dietoloqların hamısı eyni fikirdə deyil. Hətta hər kəsin öz fikri, öz metodu var desək yanılmarıq. Ümumiyyətlə sağlam qidalanma anlayışı həyatımıza arıqlama trendi ilə birlikdə daxil oldu. Lakin bu gün bütün dünyada sağlam qidalanma dedikdə orqanik, təbii, kənddən bir başa süfrəyə gələn qidalar başa düşülür.

Dietoloqlar gündə ən çox 4 dəfə yeməyi məsləhət görürlər. Qida qəbulu arasındakı fasilə 2,5 saat olmalıdır, bu müddət ərzində orqanizm qidanı həzm edə bilir. Qida rasionuna həm zülal, həm də yağ və karbohidratlar mütləq daxil edilməlidir. Onlar orqanizmin düzgün işləməsində və yeni hüceyrələrin yaranmasında mühüm rol oynayır.

Deyirlər insan nə yeyirsə odur. Sağlam qidalanmanin mənası kafi və balanslı qidalanmaqdır. Kafi qidalanma, adamın ehtiyac duyduğu qida elementləri və enerjini təmin edəcək miqdarda qida qəbul etmə mənasını verər. Balanslı qidalanma isə enerji və qida elementləri ehtiyacının dəyişik qaynaqlardan təmin edilməsidir. Bir adam ola bilər kafi qidalanır, əgər fərqli qidalar qəbul etmirsə, yəni tək növ qidalanırsa, qidalanma baxımından risk altındadır.

Bişirmə üsullarınızı doğru seçin. Həyatdan həzz alaraq , xəstə olmadan uzun illər yaşamaq və həmişə rahat və enerjili olmanın ən kəsə yolu olan sağlam qidalanma həyat boyu davam etdirilməlidir. Yayılmış fikirlərin əksinə, sağlam qidalanma bahalı ya da ləzzətsiz deyil.

İlhamə Rəsulova

Paylaş »
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› “Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan
››› Daha bir gənc həkim koronavirusdan vəfat edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »