Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya MN: Kəlbəcərə daha 145 ton yük çatdırılıb
FHN Rusiyadan Şuşa və Xankəndi şəhərlərinə göndərilmiş yardımı müşayiət edib - Video

Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 145 ton humanitar yükün çatdırılmasını təmin ediblər.

Virtualaz.org bildirir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sosial obyektlərin, yaşayış evlərinin enerji və su təchizatı sistemlərinin bərpası üçün 15 hərbi KamAZ avtomobili və müşayiətedici nəqliyyat vasitələrindən ibarət Rusiya Humanitar Reaksiya Mərkəzinin on ikinci karvanı Suqovuşan - Kəlbəcər marşrutu üzrə hərəkət edərək 145 ton yükü Kəlbəcər rayonuna çatdırıb.

Yük enerji təchizatı sistemlərinin bərpası üçün qida, tikinti materialları və elektrik avadanlıqları, tikinti avadanlığı və digər materiallardan ibarət olub. Ümumilikdə, Rusiya sülhməramlılarının müşayiəti ilə on iki avtomobil karvanı 2100 tondan çox yük daşıyıb.

Qeyd olunub ki, Azərbaycan tərəfinə yardım ötən il 9 noyabr (10 noyabr – red.) tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli müqavilənin şərtləri əsasında göstərilib.

Paylaş »
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
Son xəbərlər
Bütün xəbərlər »