Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sənədli-sübutlu dərəbəylik: Tender bataqlığı
Dollar-Manat, USD-AZN
“Azərmətbuat” Yayım AS arasında 2020-ci il üçün abunə xidməti adı ilə 35 min manat müqavilə imzalanıb. Hazırda ənənəvi təhsil distant təhsillə əvəz edildiyinə görə, xərclənmə şübhələr yaradıb. 5 aydır bağlı olan Bakı Metropoliteni reklam üçün 200 min manat xərcləyib. Hər iki qurum bu barədə əsla mətbuata danışmaq istəmir.

Azərbaycanda dövlət satınalmaları ən qapalı, qanundan yayınmağa müsaid və korrupsiya mənbəyi olan sahədir. Faktiki olaraq, bu gün hansısa dövlət qurumu, yaxud şirkətindən həyata keçirdiyi mal, iş və xidmətlərin satın alınması proseslərinə dair dəqiq məlumat öyrənmək çətin məsələdir. Ən yaxşı halda tenderlərin keçiriləcəyinə dair elanları əldə etmək olur. O da qanunlar belə tələb etdiyinə görə. Qanun isə artıq tamah sahibləri üçün şalbandır. Üstündən tullana bilməslər, amma yanından dolanıb keçirlər.

Ötən il Azərbaycanda 89 mln. 240 min manat dövlət vəsaiti əsassız yerə xərclənib. Bu rəqəmlər Maliyyə Nazirliyinin rəsmi məlumatında yer alıb. Araşdırmalar zamanı bu vəsaitlərin təyinatı üzrə işlədilmədiyi üzə çıxıb. Hesabat dövründə bu vəsaitin 37 milyon 535 min manatı məmurlardan geri alınıb, dövlət büdcəsinə qaytarılsa da, bu kimi halların qarşısını tam almaq hələlik imkansızdır.

Maliyyə mütəxəssisi Samirə Kazımova Bizimyol.info-ya bildirib ki, xüsusilə dövlət satınalamalrı, tenderlər vasitəsilə büdcə satınalamaları boş yerə sərf olunur.

Samirə Kazımova Samirə Kazımova

“Bir həftə, bir ay, iki ay öncə 10-20 manatlıq nizamnamə kapitalı ilə təsis olunmuş saxta şirkətlər yaradılır və onlar tenderlərdə iştirakçıya çevrilirlər. Heç bir iş təcrübəsi olmayan, yalnız kağız üzərində mövcud olan bu şirkətlər tenderlərin qalibi seçilib milyonlarla vəsaitin bir əldə cəmlənməsinə səbəb olurlar. Bir günlük, bir həftəlik şirkətlərin tenderlərin qalibi olması şübhə doğurmalıdır. Qanunvericiliyə əsasən, heç bir tender maraqlı tərəflərə əvvəlcədən məlumat verilmədən keçirilə bilməz. Əksər hallarda tenderdən sifarişçi qurumun rəhbərinin yaxınlarına məxsus şirkətlər qalib çıxarılır. Qaydalar isə əsasən bu şəkildə pozulur - tender barədə elan potensial iştirakçılara çatdırılmır, tender keçirən qalib elan edəcəyi tərəflə əvvəlcədən anlaşır, digər iddiaçıların təkliflərini ona çatdırır ki, ən əlverişli təklifi göndərə bilsin. Bunun kökündə dayanan əsas səbəb isə əlbəttə ki, sifariş veriləcək şirkətdən geri alınan məbləğlərdir. Qeyri-rəsmi olaraq “otkat” adlanan bu proses müxtəlif yollarla həyata keçirilir. “Otkat”ın əvəzində isə sifarişi alan tərəf qiymətləri istədiyi kimi müəyyənləşdirir, aşağı keyfiyyətli məhsuldan istifadə edib, baha qiymətə rəsmiləşdirir. Rayon icra hakimiyyətlərinin keçirdiyi tenderlər sırf formal xarakter daşıyır”,- deyə ekspert qeyd edib.

Samirə Kazımova bildirib ki, tenderlərlə bağlı məlumatların genişləndirilməsi, daha çox şirkətlərin iştirakı, şəffaflığın artırılması üçün qanunvericiliyin dəyişdirilməsinə ehtiyac var.

Ekspert qeyd edib ki, hesablama palatası hər il bununla bağlı araşdırmalar aparır. “Yaxşı araşdırmalar olsa da , gözdən yayınan tenderlər yenə olur. İl ərzində keçirilən minlərlə tenderə nəzarət fiziki olaraq mümkün deyil. Ona görə qanunvericilik təkmillədirilməli, prosedur özü şəffaflaşdırılmalıdır. 20-dən çox dövlət şirkətinin İnvestisiya Holdinqinin nəzarətinə verilməsi o ümidi yaradır ki, dövlət vəsaitlərinin xərclənməsində şəffaflıq yaranacaq. İnvestisiya Holdinqi tərəfindən növbət 2 ay ərzində həmin qurumların nizamnaməsi və əsasnaməsi hazırlanacaq. Bu həmin qrumlarda dövlət satınalamalarının düzgün keçirilməsi üçün baza formalaşdıracaq”.

Xatırladaq ki, dövlət satınalamaları haqqında qanunvericiliyin təkmilləşdirilməsi məsələsi Milli Məclisin payız sessiyasında müzakirə olunacaq.

İlhamə Rəsulova

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »