Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
QMİ sədri Allahşükür Paşazadə və dini konfessiya rəhbərlərinin Bərdə və Ağdama səfəri başlayıb
Din xadimləri

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və ölkədəki dini konfessiyaların rəhbərlərinin Ağdama səfəri başlayıb.

APA-nın məlumatına görə, səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Feketen, Alban udi dini icmasının rəhbəri Robert Mobili və Pravoslav kilsəsinin nümayəndələri iştirak edirlər.

Səfər çərçivəsində QMİ sədri və dini konfessiya rəhbərləri ilk olaraq Bərdə şəhərindəki Şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canından keçən qəhrəmanların ruhuna dualar oxuyublar. Daha sonra nümayəndə heyəti Bərdədə Cümə məscidini ziyarət ediblər.

Daha sonra Ağdama səfər edəcək QMİ sədri və dini konfessiya rəhbərləri Ağdamın Cümə məscidini ziyarət edərək orada namaz qılacaqlar.

Paylaş »
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Azərbaycanda qadın bacısını bıçaqladı
Son xəbərlər
Bütün xəbərlər »