Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yenə gəmiyə hücum olub...
Yük gəmisi

Qırmızı dənizdə, Eritreya sahillərində İrana aid “Saviz” adlı nəhəng quru yük gəmisində aprelin 5-də bir neçə partlayış baş verib.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə haqda bir gün sonra-aprelin 6-da məlumat yayılıb. İranın “Tasnim” agentliyi gəminin korpusuna bərkidilmiş bir neçə minanın partladığını bildirir, gəmi ciddi zədələnsə də suyun üstündə qala bilib.

Lakin bu adi yük gəmisi deyil və İnqilab Keşikçiləri Korpusunun üzən kəşfiyyat bazası hesab olunur. Gəmi uzun müddətdir əsasən Yəmən sahillərində görünüb və heç bir reys həyata keçirmir. Gəminin göyərtəsində daim silahlı döyüşçülər və İnqilab Keşikçiləri Korpusu tərəfindən istifadə edilən sürətli katerlər olur. Hansı ki, bütün bunlar mülki gəmidə gərək deyil.

“The New York Times” qəzeti yazır ki, gəmiyə İsrail kəşfiyyatı hücum edib və bu barədə ABŞ-a məlumat verilib. Mənbə bildirir ki, əməliyyat İranın bu yaxınlarda İsrailə aid yük gəmisinə hücum etməsinə cavabdır. Pentaqonun rəsmi nümayəndəsi Cessika Maknalti jurnalistlərə bildirib ki, Vaşinqton Qırmızı dənizdəki insident haqda məlumatlıdır, amma ABŞ-ın bu insidentə heç bir aidiyyatı yoxdur.

“Biz təsdiq edə bilərik ki, insidentdə ABŞ-ın hər hansı qüvvələrinin əli yoxdur. Bununla bağlı təqdim edə biləcəyimiz əlavə informasiyaya malik deyiləm”,-o bildirib.

Xatırladaq ki, İsrail kəşfiyyatı iki ilə yaxındır İran gəmilərinə Qırmızı dənizdə və Aralıq dənizində çoxsaylı hücumlar həyata keçirir. Bu hücumların məqsədi İran neftinin sanksiyalardan yayındırılmaqla ixracına mane olmaqdır. Əməliyyatlar nəticəsində İrana milyardlarla dollar ziyan dəydiyi bildirilir. Əməliyyatlar elə təşkil olunur ki, gəmilər zədələnir və əsasən reysi yarımçıq qoyur, amma batmır.

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Peskov Putinin Sibir sevgisindən danışıb
Son xəbərlər
Bütün xəbərlər »