Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmə Koçaryandan konstitusiya quruluşunu devirmək ittihamlarını götürüb
Robert Koçaryan

Ermənistanda məhkəmə Konstitusiya Məhkəməsinin (KM) qərarı əsasında ölkənin sabiq prezidenti Robert Koçaryana qarşı irəli sürülmüş konstitusiya quruluşunu devirmək ittihamlarını geri götürüb.

“Report” xəbər verir ki, İrəvanın ümumi yurisdiksiyasının hakimi Anna Danibekyan KM-in 300.1-ci maddəni (konstitusiya quruluşunun devrilməsi) Konstitusiyaya zidd elan etdiyi üçün “1 mart” işi üzrə cinayət işinə xitam verilməsi barədə qərar çıxarıb.

Qərar sabiq baş qərargah rəisi Yuri Xaçaturov və keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı həbs qətimkan tədbirinin ləğv ediləcəyini nəzərdə tutur, çünki onların hər ikisi yalnız bu maddə ilə ittiham olunurdu. Köçəryan və keçmiş baş nazir müavini Armen Gevorkyan başqa cinayətlərdə də ittiham olunduqlarından onlarla bağlı cinayət təqibi isə davam edəcək. Ermənistanın ikinci prezidenti külli miqdarda rüşvət almaqda, Gevorkyan isə çirkli pulların yuyulmasında ittiham olunur.

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Ermənistanın müharibədə öldürülən 71 hərbçisinin qeydiyyatsız dəfni məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »