Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
UEFA irqçilikdə günahlandırılan futbolçunu diskvalifikasiya etdi
UEFA logo

UEFA Çexiyanın "Slaviya" (Praqa) komandasının futbolçusu Ondrjey Kudelanı cəzalandırıb.

"Report"un məlumatına görə, irqçilikdə ittiham olunan 34 yaşlı müdafiəçi araşdırmalar davam etdiyi üçün İngiltərə "Arsenal"ı ilə Avropa Liqasının (AL) 1/4 final mərhələsinin ilk oyununu buraxacaq.

Praqa təmsilçisinin səfərdə Şotlandiya "Reyncers"ini 2:0 hesabı ilə məğlub etdiyi AL-in 1/8 final mərhələsinin cavab matçındakı insidentlə bağlı təcrübəli oyunçu barəsində intizam işi açılıb. İddiaya görə, Kudela oyun vaxtı rəqib komandanın yarımmüdafiəçisi Qlen Kamaraya qarşı irqçi ifadələr işlədib. Nəticədə 34 yaşlı arxa xətt oyunçusu final fitindən sonra tuneldə məhz Kamara tərəfindən döyülüb.

Qeyd edək ki, "Arsenal" - "Slaviya" matçı aprelin 8-də keçiriləcək.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »