Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus əbədi olaraq bizimlə qalacaq - Akademik
Vitaliy Zverev

Koronavirus əbədi olaraq bizimlə qalacaq, heç yerə getməyəcək

Seçenov adına universitetin Mikrobiologiya, virusologiya, immunologiya üzrə kafedranın rəhbəri, akademik Vitaliy Zverev koronavirusdan qorxmağı unutmağa çağırıb.

Medicina.az xəbər verir ki, akademik koronavirusun bundan sonra insan populyasiyasında əbədi qalacağını bildirib.

“ Virusa qalib gəlmək, pandemiyanı bitirmək ayrı, amma məsələyə elmi yanaşmaq ayrı. İş ondadır ki, virusu bizi tamam tərk edəcəyinə dair heç bir ciddi əsas yoxdur.

Dünya var olandan biz çox virus infeksiyaları ilə mübarizə aparmışıq. Hələ ki, cəmi bir virusu tamam yoxa çıxarmışıq. O da təbii çiçək. Bu virusa qarşı bütün dünya səfərbər olmuşdu və yaxşı bir vaksin icad edildi, hamını da peyvəndlədilər.

Bundan sonra çiçək xəstəliyi geri qayıtmayacaq. Çünki bu virusa yoluxmuş insanlar artıq qalmayıb.

Koronavirusu isə Yer üzündən tamam məhv etmək mümkün olmayacaq. Çünki effektiv vaksini yoxdur və aramızda bu virusa yoluxub sağalmış insanlar var.

Koronavirus əsrlər boyu iç-içə yaşadığımız qrip, adenovirus, rinoviruslar kimi bizimlə olacaq. İnsan populyasiyasında 4 növ koronavirus olub, bu da 5-cidir. Bəli, ən mürəkkəbidir, amma neyləmək olar.

Şükür edək ki, koronavirus çiçək xəstəliyi deyil. Hətta ağır qrip də deyil. Onlar daha dəhşətli viruslar idi. Populyasiya olmuş virus heç vaxt ölməyəcək. İnsan sadəcə bu virusa qarşı immunitet qazanacaq.

Nəticədə bütün yer üzünün 70% və bir qədər çox əhalisi virusa yoluxacaq. Əsasən yüngül formada. Sonra isə hər şey qazanacağımız immunitetdən asılı olacaq. Uzunmüddətli möhkəm immunitet olacaq, yoxsa zəif,qısamüddətli. Yalnız ondan sonra virusun necə davranacağı barədə danışmaq olar. Periodik olaraq insanlar yoluxub xəstələnəcək. Lakin indiki kimi pandemiya olmayacaq”.

Paylaş »
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› “Qarabağ müharibəsi göstərdi ki, “Bayraktar”lar bizim qırıcılardan daha effektivdir...”
››› Daha bir gənc həkim koronavirusdan vəfat edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »