Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadan "İsgəndər" tamaşası: Uralda Ermənistana silah satan qaçaqmalçılar tutulub
Rusiyadan "İsgəndər" tamaşası: Uralda Ermənistana silah satan qaçaqmalçılar tutulub

Şuşaya Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik “İsgəndər” raketlərin atıldığını təsdiqləyən sübutların ortaya qoyulmasından sonra Moskva məsuliyyətdən yayınmağa çalışır. Elə təqdim etməyə çalışırlar ki, sanki silah-sursat rəsmi səviyyədə razılıq olmadan, qaçaqmalçılıq yoluyla Ermənistana çatdırılıb.

Bizimyol.info xəbər verir ki, Uralın gömrük idarəsi Ermənistana tanklar üçün ehtiyat hissələrini qaçaqmalçılıq yolu ilə göndərməyə cəhd göstərən bir nəfərin saxlandığını açıqlayıb.

İddia olunur ki, Çelyabinsk vilayətinin sakini kuryer xidmətinin köməyilə tank üçün 37 stabilizator və və 30 polarizə rölesi göndərmək istəyib. O, ixrac üçün saxta sənəd düzəldərək, kuryerləri də bu yolla aldatmağı planlaşdırıb. Həmçinin qeyd olunur ki, ehtiyat hissələrini göndərən şəxs onları rəngləyib. Məqsəd isə onların əvvəllər istifadə olunduğunu və eyniləşdirmə (identifikasiya) nömrələrini gizlətmək olub.

Aşkarlanan ehtiyat hissələrinin T-72 tanklarında istifadə olunduğu bildirilir. O da məlum olub ki, tapılan hissələr Müdafiə Nazirliyinin nomenklaturasına aiddir və onların satışı qadağandır.

Ələ keçirilmiş Ermənistan tankları Azərbaycan Ordusunun ələ keçirdiyi Ermənistan tankları

Hərbi texnika qaçaqmalçılığı faktı üzrə cinayət işi başlanıb. Buna görə Rusiya Cinayət Məcəlləsində 1 milyon rubla qədər cərimə və yaxud da 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Son xəbərlər
Bütün xəbərlər »