Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusa qarşı peyvəndlənmə artıq seçim yox, zərurətdir
Vaksin - peyvənd

Azərbaycan ilk gündən ÜST-ün tövsiyələrinə uyğun fəaliyyət göstərməklə yanaşı, COVID-19-la mübarizə çərçivəsində həyata keçirilən əməkdaşlıqlara öz töhfəsini verib və vətəndaşlarının sağlamlığı üçün qarşıya qoyulmuş bütün öhdəlikləri yerinə yetirməyə bu gün də davam edir.

MDB ölkələrində koronavirusa qarşı peyvəndləmənin səviyyəsi barədə məlumatları təhlil etdikdən sonra regionda peyvənd vurulmasına ilk başlayan ölkələrdən biri olan Azərbaycanın həm peyvənd alışı həcminə, həm də ondan istifadə sürətinə görə əksər ölkələri qabaqladığı görünür. Rusiyada isə peyvəndlənənlərin sayı əhalinin 4,3%-ni, Belarusda 2% təşkil edirsə, Moldova, Qazaxıstan və Ukraynada heç 1% səviyyəsinə çatmır. Qonşu Gürcüstan “COVAX” təşəbbüsü vasitəsilə 72 400 doza peyvənd əldə etsə də 5 min nəfər peyvənd olunub. Azərbaycan vaksinasiya prosesini həyata keçirmək üçün həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar girmiş ölkə olaraq bu istiqamətdə digər ölkələri geridə qoyur. İkitərəfli danışıqlar əsasında Türkiyə ilə birgə eyni vaxtda “Sinovac” şirkətinin “CoronoVac” vaksinlərini ölkəyə gətirməyə nail olub. Azərbaycan pandemiya ilə mübarizə məqsədilə “COVAX” yarananda növbədə gözləyən ilk onluğa daxil olan ölkələrdən biri olub.

“Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri, COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində qoyulan böyük maliyyə və insan resursları sərmayələrini, epidemioloji nəzarət və ictimai ünsiyyət üçün rəqəmsal vasitələrdən geniş istifadə edilməsini və COVID-19-lu xəstələrə göstərilən xidmətin yaxşılaşdırılması sahəsində Azərbaycanın uğurlarını yüksək qiymətləndiriblər. ÜST-nin Avropadakı və Azərbaycandakı Nümayəndəliyi tibb işçiləri arasında təcrübə mübadiləsini, innovativ həlləri və rəqəmsal platformalardan istifadə təşəbbüsünü, xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirlərinin gücləndirilməsini nəzərdə tutan REACT-C19 layihəsini həyata keçirib. ÜST-nin Ölkə Ofisi eyni zamanda, Aİ tərəfindən maliyyələşdirilən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsini icra edir.

Prosesin nizamlı təşkil olunması məqsədilə 50 yaşdan yuxarı olan vətəndaşlar randevu.its.gov.az internet ünvanına daxil olub qeydiyyatdan keçməklə ən yaxın tibb məntəqəsini seçərək vaksinasiya olunmaq üçün təyin olunmuş tarixdə məntəqəyə yaxınlaşırlar.

Eyni zamanda Respublikamızda səyyar xidmətlər təşkil olunaraq fiziki məhdudiyyətləri olan və ucqar ərazilərdə yaşayan vətəndaşların evlərində vaksinasiya işi həyata keçirilir”.

Bu fikirləri bizimyol.info-ya həkim-infeksionist Sevinc Qurbanova səsləndirib.

O həmçinin bildirib ki, dünyanın hər yerində COVID-19 və ya başqa xəstəlik əleyhinə peyvənd üçün məcburiyyət yoxdur. “Amma pandemiya şərtləri elə gətirib ki, ölkələrarası, ölkə daxilində sərbəst hərəkət üçün vaksin pasportu zərurət olacaq. Vaksinlənmək hər birimizin cəmiyyət qarşısındakı borcumuzdur. Bir çoxları qorxurlar. Bu da anlaşılandır. Çünki koronavirus haqqında saysız hesabsız əfsanələr səsləndirildi. Onların nə dərəcədə doğru olduğunu bilmirəm. Bildiyim odur ki, hər bir halda ortalıqda təhlükəli bir virus dolaşır və o insan həyatı üçün təhlükəlidir. Qorunmağın yolu da vaksindən keçir. Dünya bu bəlanın cəngindən qurtulmaq üçün bunu etməlidir.

Odur ki, məcburiyyət olmasa da çalışırıq ki, insanları maksimum şəkildə bu prosesə cəlb edək. Vətəndaşlara vəziyyəti düzgün izah etməklə onların könüllülüyünü təmin etmək lazımdır.

Bu peyvəndlərin ciddi yan təsirləri yoxdur. Anafilaktik şok, yəni allergik reaksiya kimi halların qarşısını almaq üçün vətəndaşlar 30-40 dəqiqə ərzində xəstəxanada saxlanılırlar.Koronavirus vaksini yoluxmadan qorumur.Amma ölümdən qoruyur. Odur ki, dövlətin şərait yaradaraq ölkəyə gətirdiyi vaksinlərdən vətəndaşlar faydalanmağa cəhd etməlidirlər. Bir çox ölkələr var ki vaksin almaq üçün yalvarsalar da, əldə edə bilmirlər. Odur ki, mən bütün vətəndaşları özlərini və yaxınlarını qorumaq naminə vaksinasiya prosesində aktiv olmağa dəvət edirəm”.

İlhamə Rəsulova

Paylaş »
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› “Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan
››› Daha bir gənc həkim koronavirusdan vəfat edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »