Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda su qıtlığı necə aradan qaldırılacaq…
Quraqlıq, su qıtlığı

“Mövcud problemlərdən biri də itkilərin böyük həcmdə olmasıdır. Bu itkilər bəzi hallarda təbii xarakter alır, amma bəzi hallarda səhlənkarlıq ucbatından baş verir”.

Bu fikirləri Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən çıxışında bildirib.

“Ötən il kənd təsərrüfatında suvarma ilə bağlı problemlər olub və biz bu bir il ərzində problemi aradan qaldırmaq üçün heç bir ciddi addımlar atmamışıq. Ona görə də, bu il də eyni problem olacaq”,- deyə Xəzər Universiteti Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri Rövşən Abbasov bildirib.

Rövşən Abbasov Rövşən Abbasov

Prosessor Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, dünən Prezident çıxışı zamanı haqlı olaraq bir ifadə işlətdi ki, su ilə bağlı problemlərin əksəriyyəti idarəetməyə əsaslanır.

“Yəni, bunlar pis idarəetmə olmasından qaynaqlanan problemlərdir. Bu günə kimi Azərbaycanda su ehtiyatlarının idarə edilməsi ilə bağlı ciddi problemlər olub. O problemlər bu il də davam edir. Bunun həlli üçün ötən il qərar verdilər ki, su anbarları tikilsin. Lakin iti sürətli dağ çaylarının üzərində belə su anbarlarının tikilməsi yolverilməzdir.

Qənaət tədbirlərinə əl atmaq lazımdır. Suyun bölüşdürülməsi, paylanması, satılması və s. bununla əlaqədar çox ciddi addımlar atılmalıdır. Suyun azalması ilk olaraq iqlim dəyişməsi, ikinci səbəb isə əhalinin,  kənd təsərrüfatı sahələrinin sürətlə artması ilə əlaqədardır”.

Rövşən Abbasov onu da vurğulayıb ki, bunun həll olunması üçün inteqrasiyalı su idarə olunması modelinə keçirilməlidir.

“İnteqrasiyalı su idarə olunmasında bütün istifadəçilərin mənafeləri nəzərə alınır. Bütün su istifadəçiləri, kiçik fermerlər xüsusilə qorunurlar. Çünki onların çox imkanları olmur və quraqlıq olduğu zaman onlar daha çox təsirə məruz qalır. Məsələn, fermerin 2 hektar və başqa birinin isə 200 hektar yeri var. Quraqlıq olduğu zaman 2 hektar yeri olan fermer tamamilə müflis olur. 200 hektar yeri olan fermerin isə 100 hektarda olan məhsulu batsa da, qalan 100 hektarın hesabına yaşayır. Ona görə də, zəif fermerlər anlayışını daxil etmək lazımdır və mütləq əlavə tədbirlər görülməlidir ki, onlar quraqlıqdan qorunsunlar”.

Leyla Mirzə

Paylaş »
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› “Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan
››› Daha bir gənc həkim koronavirusdan vəfat edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »