Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AMEA-da nə baş verir: “Ölkəni məmurlar bir tərəfdən, "işgüzar" alimlər digər tərəfdən dağıdırlar”
Milli Elmlər Akademiyası

Bəzi kütləvi informasiya vasitələrində Milli Elmlər Akademiyasının struktur qurumunda yol verilmiş qanun pozuntularına dair yoxlama materiallarının aidiyyəti üzrə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilməsi barədə məlumatlar yayılıb.

Bizimyol.info xəbər verir ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor İdris Abbasov orada vəziyyətin acınacaqlı olmasından, elmsizlikdən də çox, vicdansızlıq, ədalətsizlik olmasından şikayətlənib.

İdris Abbasov Professor İdris Abbasov

“Elmi-tədqiqat müəssisəsində "işbilən" alimin kefi daima kökdür: "elmi iş görmək", "kitab çap etdirmək", "avadanlıq almaq" adı altında dövlət büdcəsindən mənimsəmələr etmək; dissertantı tora salıb cibinə girmək, qrantlar yemək. Yəni burada elm olmasa da, "bacaranlar" üçün yaxşı pul və rahat həyat var. Dəyən yox, dolaşan yox. Hətta cana qulluq edib olursan akademik. Dinənə deyirsən ki, əşi, alim adamam, halallıqla bir təhər dolanıram və s.

Beləliklə, ölkəni məmurlar bir tərəfdən, "işgüzar" alimlər isə digər tərəfdən dağıdırlar. İkincilər can evindən vururlar”,- deyə o bildirib.

Professorun sözlərinə görə, bu gedişat bir millət və dövlət olaraq bizi yoxluğa sürüyür. “Saysız-hesabsız elmi əsərlərin müəllifi olan yüzlərlə ixtiraçı alimlərimiz nə vaxt dilə gəlib həqiqəti deyəcəklər?! Nə vaxtadək işbaz alimlər "elmi işlə" məşğul olub siçovul kimi o dissertantın, bu doktorantın cibinə boylanacaqlar? Bu qədər kar, kor, lal olmaq yetər!

Axı dövlətə və xalqa ziyan vuraraq varlanmış və varlanma prosesini "ləyaqətli xidmət" sayanlara həm də yüksək təqaüd verilməsi hansı məntiqə uyğundur? Bu dərəcədə sosial ədalətsizliyə yol vermək olmaz.

Elmi mühitdə də eyni mənzərədir. Ləyaqətli, dürüst, zəhmətkeş vətəndaş zümrəsindən olan ailə başçıları 300 - 500 manat maaşın ümidinə buraxıldıqları halda qanunları ayaqlar altına salıb əzən, dövləti nüfuzdan salan, rüşvətə, korrupsiyaya qurşanan, ölkəni viran qoyan, sosial ədalətsizliyi körükləyən, vəzifəyə gəlir mənbəyi kimi baxaraq əhli-əyalına "gün ağlayan", milyonlar yığan "ləyaqətli xadimlər" əlavə olaraq 2000, 3000, 4000 manat təqaüdlə mükafatlandırılırlar. Digər qütbdə isə çörəkpuluna həsrət vətəndaşlarımız əzilməkdən qan qusurlar. Təəssüf ki, hər iki halda itirən yenə də bizik - Azərbaycandır!” – deyə alim bildirib.

Leyla Mirzə

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Erməni məmur Rüstəm Muradovu ölümlə hədələdi
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
Son xəbərlər
Bütün xəbərlər »