Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail prezidenti hökuməti formalaşdırmağı baş nazirə həvalə edib
Netanyahu

İsrail prezidenti Reuven Rivlin yeni koalisiya hökumət formalaşdırmağı baş nazir, Likud Partiyasının sədri Binyamin Netanyahuya tapşırıb.

“Report” xəbər verir ki, məlumatı “News.ru” yayıb.

52 deputat Reuven Rivlinə koalisya hökuməti formalaşdırmaq üçün mandatı B.Netanyahuya verməyi təklif edib. Baş naziri Likud, ŞAS, “Yaadut a-Tora” və “Sionut Datit” partiyaları dəstəkləyib. 45 deputat isə Yaira Lapidi dəstəkləyib. “Yamina” Partiyasında 7 deputat mandatının Naftali Bennetə verilməsini təklif edib. Daha 16 deputat heç bir namizədi müdafiə etməyib. Odur ki, namizədlərin heç biri 61 deputatın səsini toplaya bilməyib. Bu halda prezident Reuven Rivlin öz variantını irəli sürüb.

B.Netanyahu 28 gün ərzində koalisiya hökuməti formalaşdırmalıdır. Əgər bu müddət ərzində o, hökuməti qura bilməzsə, onda baş nazir prezidentdən mandatının daha 14 gün uzadılmasını istəyə bilər. Bu müddətdə də koalisiya qurulmazsa, mandat başqa deputata verilə və ya parlamentə qaytarıla bilər.

Müşahidəçilərin fikirincə, Netanyahu Bennetsiz hökuməti formalaşdıra bilməyəcək.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
Son xəbərlər
Bütün xəbərlər »