Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda narkotikin onlayn satışı ilə məşğul olan şəxs saxlanıldı - Video
Heroin

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Elşad Quliyev saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onun üzərinə baxış zamanı çəkisi 1 kiloqram 10 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Elşad Quliyev şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə əlaqə yaradaraq narkotik vasitələri satmaq məqsədi ilə ondan alıb və sosial şəbəkələrdə satışını təşkil etmək istəyib.

Saxlanılan şəxs barəsində 5-ci PB-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Elşad Quliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Yasamal rayonunda da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Yasamal RPİ 26-cı PB əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Vüsal Səmədov saxlanılıb.

Onun üzərinə və avtomobilinə baxış zamanı 26 büküm narkotik vasitə heroin və metamfetamin aşkar olunub.

Araşdırma zamanı Vüsal Səmədova narkotik vasitələri satan vətəndaş Emin Niftalıyev də tutularaq PB-nə gətirilib.

Onun üzərindən 10 qram heroin, 14 qram metamfetamin, Səbail rayonunda yaşadığı evdən isə əlavə olaraq 1 kiloqram 566 qram heroin, 506 qram metamfetamin, 33 qram tiryək və 60 ədəd psixotrop maddə metadon həbi aşkar olunaraq götürülüb.

Yasamal RPİ-nin İstintaq Şöbəsində hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və hal-hazırda istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Azərbaycanda qadın bacısını bıçaqladı
Son xəbərlər
Bütün xəbərlər »