Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan bazarı: Türkiyə pomidoru əvəzinə İran məhsulu
Zəngəzurun Mehri şəhəri

Qarabağda məğlubiyyətdən sonra Ermənistanda Türkiyədən gətirilən məhsullara məhdudiyyət qoyulmağa başladı. 2021-ci ilin yanvarın 1-dən isə İrəvan bizim qardaş ölkədən gətirilən mallara qadağa tətbiq edib.

Bizimyol.info xəbər verir ki, Ermənistana daha Türkiyə pomidoru gəlmir. Əvəzində ölkə bazarlarına İran məhsulları ayaq açıb. Ermənistan mətbuatı bununla bağlı reportaj hazırlayıb. Jurnalist Aram Qareginyan bazarlarda satıcılarla söhbət edib. Onlar Türkiyə mallarının ölkəyə gizli gətirilməsiylə bağlı bir şey bilmədiklərini deyiblər.

“Tutaq ki, lap gətirdilər. Onsuz da türk malı kənardan hiss olunur. Gömrükçülər də bunu yaxşı bilir”, - “Spayka” şirkətinin layihələrlə iş üzrə şöbəsinin rəhbəri Karen Baqdasaryan yerli mətbuata açıqlamasında bildirib.

Yayda Ermənistanda yerli meyvə və tərəvəz baha olmur. Amma payızdan sonra xaricdən gətirilən məhsullara böyük ehtiyac yaranır. Türkiyədə və İranda məhsulu xeyli ucuz yetişdirə bilirlər. Çünki qonşu dövlətlərin cənubunda qışda da əlverişli şərait var.

İran məhsulları Mehridən Ermənistana yol açır. Özü də qiymət xeyli ucuzdur. Mehridə İran pomidorunun kiloqramını 200 drama (təxminən 40 sentə) almaq mümkündür. Ermənistanda belə qiymət tapılmır.

İstixana Təsərrüfatı Assosiasiyasının rəhbəri Poqos Gevorkyan deyib ki, yerli fermerlərə İran qiymətlərini əldə etmək çox çətindir. Çünki təbii qaz xərcləri böyükdür, istixana məhsulları baha başa gəlir. İstixanalar sayəsində məhsul yetişdirənlərə güzəştlər də lazımi effekt vermir. Ümid təkcə meyvə-tərəvəzi Rusiyaya göndərməyə qalır.

Yanvar-fevral aylarında Ermənistana xaricdən 200 ton pomidor, 400 ton xiyar gətirilib. Yerli fermerlər bununla çox ağır zərbə alıb. Onlar ya cüzi qazanır, ya da ziyanla işləyirlər. Fermerlər respublikanın iqtisadiyyat naziri Vaan Kerobyana müraciət etməyə məcbur olub.

Aqrar sənaye işçilərinin həmkarlar ittifaqının rəhbəri Asmik Cangiryan əsas məqsədin yerli fermerləri qorumaq olduğunu bildirib. Amma aşkar görünür ki, iqtisadiyyatın sarsılması bu sahədə də dərin iz buraxıb. Türkiyə malının İran məhsulu ilə əvəz olunması çıxış yolu deyil.

Paylaş »
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› AZAL-ın “möcüzə”si: İslandiyadan Türkiyəyə Azərbaycandan daha ucuz gedib-gəlmək olur
››› Videosu yayılan qazini dövlət nəzarətə götürdü - Video
Son xəbərlər
Bütün xəbərlər »