Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hər gün Azərbaycanda 500 gizli toy olur” - İddia
Şadlıq sarayı, toy

Müğənni Xatirə İslamın qalmaqallı açıqlamasına DİN-dən cavab gəldi

Artıq bir ildən çoxdur ki, pandemiya ilə əlaqdar ölkdə toyların, ənliklərin keçirilmsi qadağan edilib. Bu cəmiyyət arasında bir məıanlı qarşılanmır. Millət vəkilləri, sənət adamları bu prosesə müxtəlif yanaşır.

Xatirə Islam Xatirə Islam

Bizimyol.info xəbər verir ki, müğənni Xatirə İslam Azərbaycanda gizli toylar keçirildiyini iddia edib. Sənətçi bu haqda sosial şəbəkədə yazıb. O bildirib ki, onu da toya dəvət edirlər: “Azərbaycanda gün ərzində 500-dən çox gizli toy edirlər. Bu nə vaxta qədər davam edəcək? Ya icazə verilməlidir ya da qarşısı alnmalıdır. Xahiş edirəm ki, toyların keçirilməsinə tam icazə verilmədən heç bir tanışım, dostum ya da toyuma gələn şəxs məni gizli keçirdiyi toy mərasiminə dəvət etməsin. Mən qayda-qanun adamıyam. Getdiyim məclisdə rahat olmalıymam. Məni başa düşün”.

Daxili İşlər Naziriyindən isə bu prosesin qaşısının alınması üçün lazımi tədbirlrin görüldüyü qeyd ediib: “Bu kimi halların qarşısının alınması ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti gündəlik olaraq məlumatlar yayır”.

Daxili İşlər Nazirliyi Daxili İşlər Nazirliyi

Bu barədə DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov danışıb. O, qeyd edib ki, belə cəhdlərin - toy keçirtmək, şənlik keçirtmək, yas mərasimi təşkil eləmək cəhdlərinin qarşısı mütəmadi olaraq polis əməkdaşları tərəfindən alınır.

Milli Məclisin deputatı Naqif Həmzə də bizimyol.infoya açıqlamasında bildirib ki, normal həyatadı yaşamağı hər kəs istəsə də, hələ ki, vəziyət buna imkan vermir: “ Ölkədə toyların keçrilməsinə qoyulan qadağanın götürülməsinə gəldikdə, epidemioloji vəziyyət qaydasında olduğu təqdirdə, yəqin ki, iyun ayınndan sonra müəyyən şərtlərlə toyların keçrilməsinə icazə verilə bilər. Əks halda vəziyyət daha da ağırlaşar. Buna görə də bir az səbr etmək və iyun ayını gözləmək lazımdır”.

Millət vəkili həmçinin qeyd edib ki, ailə həyatı qurmaq, nikaha girmək istəyənlər ailə arasında bu addımı atır. Yəni şənlik keçirilmədən ailə quranlar çoxdur: “Mən çox şahidi olmuşam. Mənim də qohumlarımdan belə rəsmi nikaha girənlər var. Şənliyi sonra da keçirmək olar. Əks halda böyük itkilər verə, dövləti çətin vziyyətdı qoya bilərik. Bu səbəbdən də qaydalara əməl etmək vacibdir”.

Paylaş »
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Videosu yayılan qazini dövlət nəzarətə götürdü - Video
››› AZAL-ın “möcüzə”si: İslandiyadan Türkiyəyə Azərbaycandan daha ucuz gedib-gəlmək olur
Son xəbərlər
Bütün xəbərlər »