Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hazırkı taksi xidmətləri kimi razı salır, kimi narazı: Boykot, yoxsa alqış...
Taksi

Bir müddət əvvəl saytımızda Azərbaycanda fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, taksi şirkətlərini boykot etmək istəyən sürücülərin kampaniya başlatması ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərovun fikirlərini dərc etmişdik. O, açıqlaması zamanı bildirmişdi ki, mən istənilən sürücü, taksi xidməti, dövlət qurumu ilə debata çıxıb sübut edə bilərəm ki, Azərbaycanda taksi xidməti ucuz deyil, əksinə bahadır.

“Taksinin ucuz olduğunu iddia edənlər yalan deyirlər. Bunu taksi xidmətlərini ələ almaq istəyənlər deyir, monopoliya yaratmağa çalışırlar ki, istədikləri qiymətləri qoysunlar və vətəndaşları da soysunlar.

Taksidə xidmət hər km-ə 50-70 qəpikdir. “Bolt” və “Uber” taksi xidmətlərinin ucuz olmasına gəldikdə isə burada başqa bir məsələ var. Onlar sürücülərə maaş verirlər. Onların ixtiyarı var, sabah desin ki, sənə maaş verirəm və ümumiyyətlə, sən müştərini pulsuz apar”,- deyə ekspert bildirmişdi.

Məsələ ilə bağlı Taksi Tv, Taksi Sürücüləri İctimai Birliyi və teleqram boykot kanalının təsisçisi Ruslam Məhərrəmov Bizimyol.info-ya açıqlama verərək bildirib ki, ekspertlər deyir ki, bunu bazar tənmizləyir, amma bu insan əməyini bazar tənzimləyə bilməz. Maşını idarə edən robot yox insandır.

“Biz sosial şəbəkə üzərindən mübarizə aparırıq və əsasən sürücüləri teleqram vasitəsilə cəmləşdiririk. Mübarizəyə başlamamızın əsas səbəbi ondan ibarətdir ki, taksi şirkətləri qanundakı boşluqlardan istifadə edərək qanuni olaraq qeydiyyatdan keçməyiblər. Bu halda da keyfiyyət üzərindən yox, qiymət üzərindən bir-biri ilə rəqabət aparırlar. Qiymət üzərindən aparılan rəqabət müştərilər üçün əlverişli olsa da, sürücülər üçün əlverişli deyil. Təbii ki, burada sual ola bilər ki, “sürücüyə sərf etmirsə, niyə işləyir?”. Bu yerində verilən sualdır. Amma məsələ orasındadır ki, şirkətlərin şəxsi maşınları var və bir çox əlində pulu olan adam gedib maşın alır və qoşur şirkətə. Ümumilikdə bazarı bu formada ələ aldıqlar üçün bir çox sürücülər məcburiyyət qarşısında qalaraq qoşulub işləyir ki, heç olmasa, evinə bir çörək pulu apara bilsin.

Bundan əlavə 2018-ci ildə 73 nömrəli təklif verilib və 2019-cu il 4 mart tarixində bu qərar prezident tərəfindən təsdiqlənib. Bu qərar taksi və avtobus qaydalarının hansı formada olması barədədir. Burada avtobusun və taksilərin qiymət cədvəli var. Hətta bu qiymət cədvəli benzinin 70 qəpik olduğu dövrdə hesablanmışdı. BNA orada göstərilən qiymətlərin tədbiq olunmasını həyata keçirə bilmir. BNA-nın bunun öhdəsindən gəlməməsinin səbəbi isə ölkədə ictimai nəqliyyatın bərbad vəziyyətdə olmasıdır. Taksi sistemini yoluna qoysalar, insanların bir çoxu avtobusdan istifadəyə geri qayıdacaq. Bu da avtobuslarda vəziyyəti daha da pisləşdirəcək deyə, bu məsələni həll etməyə çalışmırlar. Digər tərəfdən isə bu şirkətlərin arxasında qeyri-rəsmi qaydada oliqarxlar dayandığı üçün bu işin öhtəsindən gələ bilmirlər”.

Ruslam Məhərrəmovun sözlərinə görə, şirkətlərin sürücülərə qarşı etdiyi haqsızlıq, sürücülərin həmin şirkətdən başqa heç bir yerə şikayət edə bilməməsi, sürücülərlə müqavilə bağlanmaması, yüksək faiz tutması, balansa pul qoyduqda faiz tutub qarşılığında çek verməməsi, haqsız və ya haqlı olaraq blok qoyması, blok qarşılığında müəyyən qədər pul tələb etməsi, sürücünü seçim hüququndan məhrum etməsi, yəni, sürücü “A” nöqtəsini görür, lakin gedəcəyi ünvanı görmür, gördüyü zaman isə imtina edərsə, cərimələnməsi kimi hallar artıq sürücüləri təngə gətirib.

“Biz etiraz edirik və bildirik ki, şirkətlərin sürücüləri istismar etməsi sonlandırılsın. Ən azından benzinin 70 qəpik olduğu vaxtda verilən 73 nömrəli qərarda hesablanmış həmin qiymət tətbiq edilsin. Maşın tək yanacaqdan ibarət deyil. Digər xərcləri də hesablasaq, sürücüyə bir şey qalmır”.

Leyla Mirzə

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Ermənistanın müharibədə öldürülən 71 hərbçisinin qeydiyyatsız dəfni məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »