Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus fond birjalarına xidmət edir
koronavirus

Koronavirusun yeni ştammlarının sürətlə yayılması beynəlxalq miqyasda əsas narahatlıq mənbəyidir.

Britaniya yoluxdurma qabiliyyəti əvvəl məlum olan koronavirus ştammından 36-75 faiz daha yüksəkdir. Braziliya və Yaponiya ştammalrı da olduqca təhlükəli hesab edilir. Koronavirusun Cənubi Afrika Respublikasında aşkar edilmiş ştammına Britaniya ştammından 1,5 dəfə daha yoluxucudur.

Hazırda dünyada müxtəlif ölkələrdə 7 vaksin insanlara vurulur və ÜST tərəfindən icazə alıb. Hazırda 39 yeni vaksin üzərində iş gedir, onlar da yavaş-yavaş çıxacaq.

Uzun müddətdir koronavirusun gedişatı və müalicəsi ilə bağlı tədqiqatlar aparan həkim Almaniya “Beynəlxalq Humanitar Tibbi yardım” təşkilatının Azərbaycan üzrə rəhbəri, professor Ağabəy Azərbaycani hesab edir ki, birinci dəfə hansı vaksini vurdurduzsa, ikinci dəfə də və gələcəkdə də gərək o vaksini vurasız. Başqa vaksin vurdurmaq olmaz.Çünki vaksinləri qarışdırmağın təsiri, əks təsiri hələ bilinmir.

Rusiyalı həkim psixiatr , “Sübutedici təbabət” akademiyasının rəhbəri Sofiya Dorinskaya müxtəlif ölkələr üzrə koronavirus qrafiklərini təhlil edib. Dorinskaya vaksinasiya aparılsa da yoluxma sayında azalma olmamasının, əksinə yoluxma və ölüm sayının artışının sual doğurduğunu deyib.

“Deyirlər virus mutasiya olunub. Sual verirəm, peyvənd işləmədisə, bəs nə üçün peyvənddən istifadə edirik,niyə alırıq.Vaksinasiya fonunda statistikanın artmasını kim necə izah edə bilər? İstər Avropa, istər Rusiya vaksini ilə statistikada azalma olmadı. Əksinə dalğalar güclənib, yoluxma sürətlənib, ölüm artıb. Vaksinasiya niyə statistika pikinə təsir etmədi?"

Doktor Vasif İsmayıl da qeyd edib ki, bütün dünya kimi Azərbaycanda koronavirusa yoluxanların sayı gedərək artır. “Operativ Qərargahın rəqəmləri şişirtdiyini düşünmürəm. Bir dəfə yoluxmuş vətəndaşlar, bir daha yoluxa bilər. Peyvənd olunmuş vətəndaşlar da bir daha yoluxa bilər. Daha əvvəl yoluxma, yaxud peyvənd olunmaq zirehli jilet geyinmək kimidir - hələ də bədəninizdə gülləyə açıq sahələr var, qəlpə isə jileti də dələ bilər”,- deyə o qeyd edib.

Hazırda Türkiyədə Hacettepe Xəstəxanasında koronavirusla mübarizədə ön cəbəhədə mübarizə aparan həmyerlimiz Turanə Rəsulova qeyd edib ki, vaksin ölüm sayının azalması, yoluxmanın fatal nəticələr verməməsi üçün kömək edir. İstənilən dərmanda və vaksində 100 faiz effekt yoxdur və heç vaxt da olmayıb. Vaksinin 90 faizdən çox müsbət təsiri olur. Odur ki vaksinin vurulduğu hər 1000 adamda 100-də ya vaksin effektiv olmayacaq, ya da müxtəlif allergiya halları olacaq. Vaksinasiyanın məqsədi kollektiv immunitet yaratmaqdır. Vaksinasiya ilə yaradılan kollektiv immunitet daha az sayda itki, daha az ölüm deməkdir. İndiki nəticələr əsasında ən az 6 ay- 1 il qoruyucu olacağı gözlənilir. Amma ən az 6 ay ki, bu da pandemiyanın stabilləşməsində bizə kömək edəcək”.

Professor Ağabəy Azərbaycani hesab edir ki, koronavirus süni şəkildə yaradılmış bakterioloji silahdır. “Zoonoz virus infeksiyalarının normalda təkamül yolu və insana keçməsinə kimi mutasiya olunmasına 800 il vaxt lazımdır. Koronavirus özü ötən əsrin 30-cu illərində ilk dəfə tapılıb. Toyuq-cücələrdə bronxit virusu kimi aşkarlanıb, Lakin o indi yayılan koronavirus deyil, təbii idi. Bunun üzərində 50 ildir iş gedir.

Dəqiq fakt var ki, Səddam Hüseyn generalları ilə müşavirədə demişdi ki, Amerika bizi virusla təhdid edir. Əgər təslim olmasanız, sizi koronavirusla məhv edəcəyik”,- deyə doktor bildirib.

Professor qeyd edib ki, 2019-cu ildən virusun əsas dərmanları yoxa çıxdı. “Bayer” firmasının istehsal etdiyi koronavirusa qarşı təsirli dərmanı Amerika keçən ilin əvvəlindən alıb ehtiyat yığmışdı. Koronavirus hələ 2024-cü ilə kimi dünyada olacaq. Ona görə nəhəng dərman şirkətləri həm peyvəndlər hazırlayır, həm yeni dərmanlar istehsal edir.

Türkiyəli iqtisadçı Meliha Okur bildirib ki, hazırda koronavirus pandemiyası ilə əlaqədar 4 trilyon dollarlıq bir vəsait yaranıb və bu vəsaitin əldə edilməsi uğrunda gizli savaşlar gedir. Covid-19 fond indekslərinə xidmət edir.

“Covid-19-la bağlı qeyri-müəyyənliklər bir xeyli problemlər yaradır. Peyvəndlərin istehsalı, bölüşdürülməsi, çatdırılması yeni bir mərhələyə qədəm qoyub və dünyanın güclü dövlətlərini rəqabətə salıb. Məqsəd varlıların daha da varlanması, kütlənin daha da kasıblaşdırılmasıdır. Yəni insanlar öz əlləri ilə pullarını başqalarına transfer edirlər.

“2019-cu ilin mart ayından bu yana ABŞ-da milyarderlərin, trilyonerlərin ümumi sərvəti 3,5 trilyondan 5 trilyona qədər artıb, dünyadakı milyarderlərin varidatı 8,7 trilyondan 13 trilyona yüksəlib. Bu tendensiyaların fonunda fond indeksləri yüksəkdə saxlanılmalıdır ki, idarə edən güclərin gücünə güc qatılsın. 20-25 faizlik inflyasiyaların olmasını hədəfləyirlər. Bunu FED bəyan edib”,- deyə Meliha Okur bildirib.

İlhamə Rəsulova

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »