Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk general: "Azərbaycana qarşı atılan hər addım sazişin pozulması deməkdir"
Şuşa şəhəri

Şuşa ətrafında tapılmış “İskəndər M” raketinin qalıqları ətrafında müzakirələr davam edir. Mövzu əlbəttə ki, regionda sülhməramlı missiyasını həyata keçirən Rusiya və Türkiyənin diqqət mərkəzindədir. Hələlik Rusiya tərəfi özü üçün çıxılmaz olan bu vəziyyətə qarşı susqunluq nümayiş etdirir. Yaxın günlərdə bu raketin “intiqamını” hansısa bir formada alacağı gözləniləndir. Bölgəyə sülhməramlı qismində Rusiya nəzarət edir və başımıza da Rusiyanın ən təhlükəli, özünün icazəsi olmadan atılması yasaq olan İskəndər yağırsa, bu o deməkdir ki, biz cəlladımıza arxayın olmuşuq?! Azərbaycan bu vəziyyətdə hansı addımları atmalıdır?

Bizimyol.info-nun sualını cavablandıran Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı sabiq hərbi attaşesi, briqada generalı Yücel Karauz bildirib ki, Azərbaycanı təxribatlara çəkmək istəyən çoxlu sayda qüvvələr var. Bu raket qalmaqalı da boş yerə yaradılmayıb.

Yücel Karauz Yücel Karauz

“10 noyabrdan sonra Azərbaycan xalqına qarşı yürüdülən hər fəaliyyət , o cümlədən bu raketin atılması sazişin müddəalarını pozmaq deməkdir. “İskəndər” ya savaş davam edərkən əraziyə atılıb və ya Gümrüdəki rus bazasından gətirilərək atılıb. Rusiyanın hadisədən xəbərsiz olduğunu bildirməsi səmimi davranış deyil. Rusiyanın “İskəndər M” raketinin atılmasın; təsbit etməməsi mümkün deyil. Havaya çıxan hər ballistik raket, hər mərmi təsbit edildiyi, görüntülərinin, qalıntılarının olduğu halda Rusiyanın “xəbərimiz yoxdur” deməsi təbii ki, yalandır.

200 ildir Rusiya və Ermənistan Azərbaycana zərbələr vurmaqda davam edir. Şuşaya atılan raket Azərbaycan və Türkiyə üçün çox önəmli bir irs olan Şuşaya ziyan vermək məqsədi daşıyıb.Bəli suallara cavab tələb edilməli, gərəkən addımlar atılmalıdır. Amma unutmamalıyıq ki, diplomatik və hərbi strategiyanın 3 səviyyəsi var. Qısa, orta və uzunmüddətli strategiya. Azərbaycan xalqının Rusiya sülhməramlılarına qarşı səbirsizliyini anlayıram. Bütün bunlar uzun zaman Rusiya imperiyasının tərkibində onlardan alınan zərbələrin, inamsızlığın nəticəsidir. Amma uzunmüddətli strategiyanı nəzərə almaq lazımdır.

10 noyabrdan sonra Azərbaycan xalqına qarşı yürüdülən hər fəaliyyət sazişin müddəalarını pozmaq deməkdir. Sərhədlərimizə təhdid varsa, Azərbaycan öz təhülkəsizliyini qorumaq hüququna malikdir. Bu anlamda Türkiyə hər növ dəstəyi verəcyini bəyan edib və aramızda belə bir müqavilə mövcuddur.

BMT, Aİ və ATƏT yanında bu məsələ müzakirəyə çıxarılmalı, sazişin bəndlərinin pozulduğu qeyd edilməli, ən əsası da müharibə cinayətinin işlədildiyi bəyan olunmalıdır. Atılan raketlər 10 noyabrdan sonra atılıb. Bunun hər hansı şəkildə gətirilməsinin özü cinayətdir. Sosial mediada raketin atılma trayektoriyasını əks etdirən göüntülər yayıldı.

Diplomatiyada da, hərbdə də qarşılıqlı addım anlayışı var. 10 noyabr sazişindən sonra uzun, incə bir yolla hərəkətə başladıq. 10 noyabr əslində son yox, çətinliklərlə dolu bir mərhələnin başlanğıcıdır. Rusiyanın yüksək rütbəli məmurlarının sülhməramlılara qonaq gedərək, Azərbaycanın icazəsi olmadan hər hansı bir fəaliyyət həyata keçirməsi, Ermənistanın savaş ritorikası müşahidə olunur. Əgər onlar sazişə əməl etməzsə, Azərbaycan beynəlxalq hüquq qaydalarından faydalanıb regional ittifaqlara, koalisiyalara qoşula, öz təhlükəsizliyini qoruya bilər. Sazişin şərtləri pozulursa, buna sürətlə qarşılıq verilə bilər. İrəlidə Laçın dəhlizinin bağlanmasını ortaya atmaq olar. Çünki, bu Azərbaycanın sərhədlərinə daxildir və tam hüququdur.

Amma bayaq ifadə etdiyim kimi, Azərbaycan diplomatiya, beynəlxalq hüquq və hərb qaydalarına sona qədər əməl etməyə cəhd etməlidir, çünki onu müxtəlif təxribatlara çəkmək istəyən sonsuz sayda qüvvələr var. Azərbaycanı oyuna gətirmək, onu hüquqdan kənar addımlar atmağa zorladılar. Amma Azərbaycan buna getmədi, Prezident İlham Əliyev bu oyunu pozdu”,- deyə general qeyd edib.

“Xocalı və Xankəndindən silahlılar nə zaman çıxarılacaq?” sualını cavablayan general Yücel bildirib ki, silahlı qüvvələr yalnız bu iki şəhərdə deyillər, amma hələlik sabit durumdadırlar. “10 noyabr sazişi atəşkəs olduğu üçün anidən bağlandı, müəyyənləşməyən məqamlar var. Bəzi prosedurların həlli zaman istəyir. Amma Xankəndindəki hərbi qüvvələr Azərbaycana təhdiddir və onların silahsızlaşdırılması vacibdir”.

İlhamə Rəsulova

Paylaş »
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› “Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan
››› Daha bir gənc həkim koronavirusdan vəfat edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »