Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Avronun atası” dünyasını dəyişdi
Robert Mandell - Avro

Kanadalı iqtisadçı, 1999-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, optimal valyuta zonaları nəzəriyyəsinin banisi, "avronun atası" adlandırılan şəxslərdən biri - Robert Mandell 88 yaşında vəfat edib.

"Kolumbiya Universitetinin fəxri professoru Robert Mandell aprelin 4-də ömrünün 89-cu ilində ailəsilə bərabər yaşadığı İtaliyanın Toskana şəhərində dünyasını dəyişib", - deyə Kolumbiya Universitetinin iqtisadi araşdırmalar proqramının direktorunun köməkçisi Sofiya Conson məlumatı təsdiqləyib.

"Qafqazinfo" xəbər verir ki, R.Mandelli Avropanın vahid valyutası kimi avronun yaradılmasının ideya və intellektual ilhamvericisi hesab olunur. Ötən əsrin 60-cı illərindən başlayaraq o, Ümumavropa İqtisadi və Valyuta İttifaqının yaradılması ideyasını dəstəkləyib və avronun tətbiqi üçün nəzəri zəmin yaradıb.

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »