Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Serj Sarkisyan boykot edir, kürəkəni isə seçkilərə qatılır
Mikael Minasyan

Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

“Report” “Qraparak”a istinadən xəbər verir ki, o, bu məqsədlə artıq “Mənim Ermənistanım” adlı partiyasını qeydiyyatdan keçirib.

Partiyanın sədri isə Narek Simonyandır. O, məlumatı təsdiqləyib. N.Simonyanın sözlərinə görə, “Mənim Ermənistanım”ın konfransı 2020-ci ilin noyabrın 30-da keçirilib.

Qeyd edək ki, M.Minasyan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkənidir. Sabiq səfir baş nazir Nikol Paşinyanı müxtəlif məsələlərdə, o cümlədən siqaret, silah qaçaqmalçılığı ilə məşğul olmaqda ittiham edir.

Xatırladaq ki, S.Sarkisyan parlament seçkilərinə qatılmayacağını, tərəfdarlarını Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş direktoru, Vətən Partiyasının sədri Artur Vanesyanı dəstəkləməyə çağıracağını bildirib.

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Diaspor Komitəsinin keçmiş sədrinə məxsus bahalı əmlak əlindən alındı
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Qarabağ müharibəsi göstərdi ki, “Bayraktar”lar bizim qırıcılardan daha effektivdir...”
››› Putinin 2020-ci ildə əldə etdiyi qazancı açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »